Türkiyənin təqaüdlə təhsil proqramı olan “Türkiyə Bursları” beynəlxalq tələbələrə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüdlü təhsil almaq və elmi araşdırma aparmaq üçün qeydiyyat elan edir.

 

Proqramla təhsil bütün ixtisaslar üzrə bakalavr, magistratura, doktorantura və elmi-tədqiqat üzrə mümkündür. Bakalavr və magistratura səviyyəsində bir müraciətlə həm təqaüd, həm də universitet və ixtisas üzrə yerləşdirmə təmin edilir.

 

Təqaüd çərçivəsində təmin edilən imkanlar:

 

• Universitet və ixtisas üzrə yerləşdirmə;

• Yataqxana;

• Aylıq təqaüd;

• Sağlamlıq sığortası;

• Təhsil haqqı;

• Uçuş bileti;

• Türk dili kursu.

 

Müraciət etmək istəyənlər fevralın 20-nə kimi “Türkiyə Bursları”nın rəsmi veb-səhifəsində qeydiyyatdan keçə bilərlər: “turkiyeburslari.gov.tr”. Qeydiyyat yalnız elektron aparılır və ödənişsizdir.