2026-cı ilin büdcə layihəsində müəllimlərin peşə inkişafına dəstək olmaq üçün 16 milyon laridən çox maliyyə ayrılıb.

 

Sənəddə yazılıb: “Təhsil sistemində fəaliyyət göstərən şəxslərin, eləcə də məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən şəxslərin (direktorlar və müəllimlər) peşə inkişafı və onların kvalifikasiyasının yüksəldilməsi;

 

Milli tədris planı ilə müəyyən edilmiş fənlərin tədrisi və müasir tədris metodunun tətbiqi, əlçatanlğı və ötürülməsinə dəstək;

 

Müəllim peşə standartlarının inkişafı, effektiv tətbiqi və resursların yaradılması yolu ilə müəllimlərin ümumi, fənn peşə kompetensiyasının inkişafı;

 

Milli azlıqların dövlət dilini gücləndirməklə keyfiyyətli təhsil almasını təmin etmək;

 

Gürcüstanın dağ və ucqar kənd ictimai məktəblərinə kvalifikasiyalı kadrların cəlb edilməsi yolu ilə tədris prosesinə dəstək, təhsil almanın bərabər imkanlarının yaradılması;

 

Qeyri-gürcüdilli məktəblərə dəstək – milli azlıqların sıx məskunlaşdığı regionların qeyri-gürcüdilli məktəb müəllimlərinin peşə inkişafı, tədris prosesinə dəstək.

 

Mənbə: etaloni.ge