Marneuli bələdiyyəsinin 2025-ci il büdcəsində ümumi təhsilin əlçatanlığı üzrə proqram hazırlanıb. Proqram həvəsləndirmə qaydasını əhatə edir.

 

Qeyd olunan qayda əsasında Marneuli bələdiyyəsinin qeyri-gürcüdilli məktəblərində gürcü dili ikinci dil kimi fənn proqramını həyata keçirən müəllimlər maliyyələşdiriləcəklər.

 

Pedaqoqlar iyul və avqust ayından başqa hər ay 50 lari alacaqlar.

 

“Proqram “Marneuli bələdiyyəsinin ümumtəhsil məktəb müəllimlərinin həvəsləndirilməsi qaydası” əsasında Marneuli bələdiyyəsinin qeyri-gürcüdilli məktəblərində gürcü dili ikinci dil kimi fənn proqramını həyata keçirən müəllimlərin ilin on ayı ərzində (iyul və avqustdan başqa) hər ay 50 lari dəyərində maliyyələşdirilməsini nəzərdə tutur” – sənəddə deyilir.

 

Mənbə: etaloni.ge