Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin sözlərinə görə, etnik azlıq nümayəndələri üçün gürcü dilinin tədrisi ilə bağlı yeni ideyalar var. Təhsil naziri bildirib ki, gürcü dilinin tədrisinin effektiv olması üçün gürcü dilinin öyrədilməsinə uşaq bağçalarından başlanılacaq.

 

“Etnik azlıqlar məsələsi və gürcü dilinin tədrisi olduqca vacib problemdir. Mənim də onlarla münasibətim var və bilirəm ki, ciddi problem mövcuddur. Bu problemin aradan qaldırılması üçün iki əsas istiqaməti qeyd etmək istərdim. Bizim Jvania adına institutumuz var. Həmin institut bizim sistemin bir qoludur. Jvania institutunda müəllimlər hazırlanır və sonra kəndlərə gedirlər, etnik azlıqların gürcü dilini öyrənməsində çox əhəmiyyətli proses həyata keçirirlər. Həmçinin bizim nazirliyin çərçivəsində yeni yaratdığımız gənc müəllimlər korpusunu qeyd etmək istərdim. Bu korpusun əsas təyinatı məhz qeyd etdiyimiz məqsədi həyata keçirməkdir – etnik azlıqların yaşadığı kəndlərə getmək və gürcü dilinin tədrisi məsələsinə diqqət yetirmək.

Və mənim fikrimcə bu proses bağçadan başlamalıdır. Çünki artıq bizim etnik azlıq uşaqları üçün uşaq bağçalarında gürcü dilinin tədrisini məcburi öhdəlik kimi qəbul edəcəyik. Uşaqlar dili daha tez öyrənir və buna görə dilin tədrisi prosesini bağçadan başlayacağıq. Qeyd etdiyim korpusun müəllimləri hələ ki, məktəbdədilər, sonra bağçalara da gedəcəklər və bu, daha effektiv olacaq”, - deyə Mixeil Çxenkeli bildirib.

Mənbə: etaloni.ge