Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin yaydığı məlumata əsasən, şagirdlərin birinci sinfə qeydiyyatının I və II mərhələlərinin vaxtları ilə əlaqədar dəyişiklik edilib.
Məlumata görə, dəyişiklik çərçivəsində xüsusi təhsilə ehtiyacı olan şagirdlərin valideyn və qanuni nümayəndələrinə 6 apreldən 8 aprelə kimi istədikləri məktəbə müraciət etmək, uşaqları birinci sinfə qeydiyyat etmək üçün əlavə imkan verilib.
Bundan əlavə, dəyişiklik qeydiyyatın II mərhələsinə də aiddir. Qeydiyyatın II mərhələsi 21 aprel əvəzinə 24 apreldə başlayacaq və 8 mayda başa çatacaq.
II mərhələdə qeydiyyatdan keçəcək uşaqlar:
• Bacı-qardaşı həmin ictimai məktəbdə təhsil alırsa;
• Valideyni/qəyyumu həmin ictimai məktəbin əməkdaşıdırsa;
• Ailədən eyni zamanda iki və ya daha çox uşaq birinci sinfə gedirsə.
Givi Mikanadzenin qurumunun məlumatına görə, xüsusi təhsilə ehtiyacı olan uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyatdan keçirəcək.
Xüsusi təhsil ehtiyacını təsdiq etmək məqsədilə valideyn məktəbdə müvafiq müraciət forması doldurmalıdır. Sonra təhsil müəssisəsinin Mandatur Xidmətinin İnklüziv və Xüsusi Təhsilin Dəstəklənməsi Mərkəzinin (idarəçilik) psixo-maarifləndirici qiymətləndirmə mütəxəssisləri tərəfindən uşağın qiymətləndirilməsi, onun təhsil ehtiyaclarının müyyən edilməsi baş verir.
Xüsusi təhsil ehtiyacı təsdiq olunarsa bu halda məktəb şagirdin qəbul edilməsini psixo-maarifləndirici, qiymətləndirmənin nəticəsi və müvafiq sənədlər əsasında təmin edir.
“Ümumi təhsil haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, istisna hal kimi, 2026–2027-ci tədris ilində 31 dekabr 2026-cı il tarixinədək 6 yaşı tamam olan uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı verilir.
Qeydiyyatın bütün mərhələlərinin maneəsiz şəkildə həyata keçirilməsi məqsədilə, I və II mərhələlərin tarixlərinin dəyişdirilməsi barədə qərar qəbul edilib”, – deyə Təhsil Nazirliyinin 4 aprel tarixli məlumatında bildirilir.
Mənbə: edu.aris.ge