“Gürcüstanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentdə qeydiyyatdan keçib.

Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Gürcüstanın 2026-cı il dövlət büdcəsi haqqında”  qanun layihəsinə əsasən, 2026-cı ilin birləşdirilmiş büdcəsinin xərclərinin bir qismi ümumilikdə 35,5 milyard lari təşkil edir.

Sənədə əsasən, Gürcüstanın Təhsil, Elm, və Gənclər Nazirliyinin maliyyələşdirilməsi 2615,3 milyon lari müəyyən edilib.

Ötən illə müqayisədə Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş büdcə azaldılıb. Bunun səbəbi sənəddə verilmiş sonrakı açıqlama ilə izah olunur:

“Qeyd etmək lazımdır ki, 2025-ci ilin 1 sentyabrından Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi ləğv olunub. Onun funksiyaları Gürcüstanın İnfratsruktur Nazirliyi və Gürcüstanın Regional İnkişaf Nazirliyinə bölünüb. Müvafiq olaraq, 2025-ci ildə Təhsil, Elm və Gənclər Nazirliyi üçün nəzərdə tutulmuş proqramların maliyyələşdirilməsi 2026-cı ildə yuxarıda qeyd olunmuş nazirliklərdə nəzərdə tutulub. Ümumilikdə, həmin proqramlar da daxil olmaqla təhsil, elm və gənclərin proqramlarına ayrılmış vəsaitlər 2026-cı ildə 3228,8 milyon lari təşkil edir” – büdcə layihəsində yazılıb.

Təhsil istiqamətində 2026-cı ilin büdcəsi nəzərdə tutur:

Nazirlik çərçivəsində nəzərdə tutulub:

Məktəbəqədər və ümumi təhsil – 1885,9 milyon lari;

Peşə təhsili – 214,9 milyon lari;

Ali təhsil – 192,0 milyon lari;

Elm və elmi tədqiqatlara dəstək – 92,9 milyon lari;

İnklüziv təhsil – 92,8 milyon lari;

Gənclərə dəstək – 15,6 milyon lari.

İnfrastruktur üçün:

Təhsil infrastrukturunun tikintisi və bərpası – 622,5 milyon lari;

İctimai məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsi üçün nəzərdə tutulub – 58,0 milyon lari;

Məktəblərin kiçik bərpa və qulluq göstərmə xərcləri üçün – 43,0 milyon lari.

Hökumətin açıqlamasına görə, təqdim edilmiş layihə 2026-cı ilin büdcəsinin ilkin variantıdır. Növbəti 3 ay ərzində bir tərəfdən makroiqtisadi dinamikanın analizi həyata keçiriləcək. Makroiqtisadi dinamikanın analizi, Parlamentlə aktiv məsləhətləşmələr olacaq və büdcənin yekun variantı təsdiqlənəcək.

Mənbə:edu.aris.ge