Vahid milli imtahanlar, tələbələr üçün qrant müsabiqəsi, ümumi maqistratura imtahanı, xüsusi baş müəllim üçün imtahan, həmçinin müəllimlərin fənn imtahanı, fənn və kompetensiyanın təsdiqlənməsi üçün qeydiyyat martın 1-dən başlayıb və 31-i saat 18:00-a qədər davam edəcək.

 

Qeydiyyat yalnız Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin veb-səhifəsində – online.naec.ge-də aparılır. İmtahanda iştirak etmək istəyənlər müvafiq qrafanı seçməli və təlimata əsasən qeydiyyatdan keçməlidirlər.

 

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi 2021-ci ilin “Abituriyentlər üçün məlumat kitabçası”nın elektron variantını yayımlayıb.

 

Məlumat kitabçasında cədvəl verilir. Cədvəldə ali təhsil müəssisələri barədə məlumat, hər imtahan üçün verilən ballar, müəyyən edilmiş kompetensiya hədləri, təhsil haqqı və başqa detallar qeyd edilib.

 

Kitabçada həmçinin yeniliklər, qeydiyyat təlimatı, tədris proqramları, imtahan prosesi, nəticələrin yayımlanması, apelyasiya prosedurları, ödəmə və dövlət təhsil qrantını əldəetmə qaydaları barədə məlumat verilib.

 

Abituriyentlərin qeydiyyat prosesi bu il də bir neçə mərhələdə keçiriləcək: qeydiyyatın ilk mərhələsində abituriyent qeydiyyat qrafasına şəxsi məlumatlarını yazmalıdır, imtahan verəcəyi şəhəri və imtahan verəcəyi fənləri seçməlidir. Abituriyentlər fənn dəyişmək, yaxud əlavə etmək, eləcə də imtahan dilinin dəyişdirilməsi prosedurlarını 15 aprel saat 18:00-a kimi edə bilərlər. Təhsil proqramı siyahısında dəyişiklik etmək imkanı apelyasiya nəticələrinin yayımlanmasından bir gün sonraya qədər verilir.

 

Xatırladaq ki, mərkəz yalnız öz rəsmi veb-səhifəsində – naec.ge-də və feysbuk səhifəsində yerləşdirilmiş məlumata görə məsuliyyət daşıyır. Mərkəz bütün abituriyentlərdən xahiş edir ki, yoxlanmamış məlumata inanmasınlar.

 

Mənbə: etaloni.ge