Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Sopio Qorqodze imtahan verəcəyi ünvanı səhv salmış abituriyentə köməklik göstərərək onu düzgün ünvana özü aparıb.
Vahid milli imtahanlarda çoxlu sayda anlaşılmazlıq və ya maraqlı hallar baş verir. 2023-cü ilin vahid milli imtahanlarının ilk günü də belə hallardan yan keçməyib.
Gürcü dili və ədəbiyyat imtahanının ikinci sessiyasında abituriyentlərdən biri 207 saylı ictimai məktəbdə yerləşən imtahan mərkəzi əvəzinə 133 saylı ictimai məktəbdə yerləşən imtahan mərkəzinə gedib. Məhz bu zaman Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Sopio Qorqodze də həmin ünvanda olub. O, tez bir zamanda həyəcanlı abituriyentə kömək edib, onu öz avtomobili ilə imtahan verəcəyi mərkəzə aparıb.
“Biz gün ərzində imtahan mərkəzlərinə baş çəkirik. 133 saylı məktəbdə də qeydiyyat prosesini müşahidə edirdik. Bu zaman bir qız gəldi, imtahan mərkəzini dəyişik salmışdı. Çox həyəcanlı idi, çünki qeydiyyatın bitməsinə az vaxt qalırdı. Biz belə hallarda çalışırıq abituriyentlərə maksimum dərəcədə kömək edək. Ona görə həmkarımın köməyi ilə qızı maşınla düzgün ünvana apardıq. Biz ünvana çatanda vaxt çox az qalmışdı, amma əsas odur ki, çatdıra bildik. Ona imtahanda uğurlar arzu edirəm!” – deyə Sopio Qorqodze bildirib.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin rəhbərinin sözlərinə görə, bu kimi hallar hər il baş verir. Buna görə də abituryentlər daha diqqətli olmalıdırlar.