Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə son 11 il ərzində şagirdlərin sayı artıb, ümumtəhsil müəssisələrinin (dövlət və özəl məktəblər) sayı isə azalıb.

 

Məlumata görə, 2025-2026-cı tədris ilinin əvvəlində Gürcüstanda 2292 dövlət və özəl məktəb fəaliyyət göstərib. Halbuki 2015-2016-cı tədris ilində onların sayı 2331 idi.

 

Daha dəqiq desək, 2015-2016–2025-2026-cı tədris illərinin əvvəlində ümumtəhsil müəssisələrinin sayı belə dəyişib:

 

2015-2016 – 2331;

2016-2017 – 2321;

2017-2018 – 2308;

2018-2019 – 2313;

2019-2020 – 2313;

2020-2021 – 2309;

2021-2022 – 2308;

2022-2023 – 2302;

2023-2024 – 2296;

2024-2025 – 2294;

2025-2026 – 2292.

 

Şagirdlərin sayına gəldikdə isə, Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-2026-cı tədris ilinin əvvəlində ümumtəhsil müəssisələrində 644,2 min şagird təhsil alıb. 2015-2016-cı tədris ilində isə onların sayı 553,9 min təşkil edirdi.

 

Daha konkret olaraq, 2015-2016–2025-2026-cı tədris illərinin əvvəlində dövlət və özəl məktəblərdə şagirdlərin sayı belə olub:

 

2015-2016 – 553,9 min;

2016-2017 – 564,7 min;

2017-2018 – 575,2 min;

2018-2019 – 584,4 min;

2019-2020 – 592,9 min;

2020-2021 – 609,1 min;

2021-2022 – 624,5 min;

2022-2023 – 633,3 min;

2023-2024 – 634,3 min;

2024-2025 – 640,7 min;

2025-2026 – 644,2 min.

 

Mənbə: edu.aris.ge