Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Departamentindən dövlət məktəbləri 2026-2027-ci tədris ili üçün dərs cədvəlini (saat şəbəkəsini) qəbul ediblər. Bu cədvəl cari ildə artıq tövsiyə xarakterli deyil, məcburidir.

 

“Yeni Yol” “edu.aris.ge”-yə istinadən xəbər verir ki, məktəblər üçün qeyd şəklində yazılmış siyahıdan məlum olur ki, birinci xarici dilin tədrisinə artıq birinci sinifdən başlanılmayacaq.

 

Nələr dəyişdi:

 

  • I sinifdə kompüter texnologiyalarının tədris olunub-olunmayacağına məktəb özü qərar verir;
  •  
  • Şagirdlərin maraqlarını nəzərə alaraq, məktəbin “kompüter texnologiyalarının tədrisi”ni VII sinif şagirdlərinə əlavə təhsil xidməti şəklində təklif etmək imkanı var;
  •  
  • Birinci xarici dilin (ingilis dili) tədrisi II sinifdən başlayır;
  •  
  • Şagird X sinifdə incəsənət blokunun iki layihəsindən birini seçməlidir: ya təsviri və tətbiqi sənət, ya da musiqi layihəsi. Əgər X sinifdə təsviri və tətbiqi sənət layihəsini seçibsə, XI sinifdə (növbəti tədris ilindən) musiqi layihəsini seçəcək, yaxud əksinə.

 

Sənədə əsasən, qeyri-gürcüdilli sektorlara 2025-2026-cı tədris ilinin dərs cədvəlindən yararlanmaq imkanı verilir.

 

Məktəblərin öhdəliklərinin siyahısı isə belədir:

 

Dövlət məktəbinin milli tədris planında nəzərdə tutulmuş hər hansı bir məcburi fənni dərs cədvəlindən çıxarmaq hüququ yoxdur.

 

Əgər məktəb hər hansı bir fənnin milli tədris planı ilə müəyyən edilmiş saat yükündən və ya sxemindən fərqli şəkildə tədris olunmasına qərar verərsə, aşağıdakıları etməyə borcludur:

 

1. Şagirdlərin ehtiyaclarını, maraqlarını, həmçinin məktəbin kadr və maliyyə resurslarını nəzərə alaraq dərs cədvəli layihəsini hazırlamaq;

 

2. Layihəni tədris prosesinin idarə edilməsini kafedraların iştirakı ilə hazırlamaq;

 

3. Layihəni Qəyyumlar Şurası ilə razılaşdırmaq;

 

4. Layihəni Pedaqoji Şura tərəfindən təsdiq etmək;

 

5. Təsdiq edilmiş layihəni müvafiq əsaslandırma ilə birlikdə məktəbin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən müvafiq Təhsil Resurs Mərkəzinə təqdim etmək.

 

Abxaziya və Acarıstan muxtar respublikalarının ərazisində yerləşən dövlət məktəbləri halında isə layihə eyni prosedurlara əməl edilməklə təhsil sahəsində səlahiyyətli olan müvafiq nazirliyə təqdim olunur.

 

Təhsil Resurs Mərkəzi (Abxaziya və Acarıstan muxtar respublikalarının ərazisində yerləşən dövlət məktəbləri halında isə təhsil sahəsində səlahiyyətli olan müvafiq nazirlik) təqdim olunmuş dəyişiklik layihəsinə baxır. Təklif olunan dəyişiklik şagirdlərin ən yaxşı maraqlarından irəli gəldiyi və milli tədris planı ilə müəyyən edilmiş fənn standartında nəzərdə tutulan nəticələrin əldə olunmasını təmin etdiyi halda, Resurs Mərkəzi öz mövqeyini və müsbət rəyini razılaşdırılması üçün Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyinə təqdim edir.

 

Əgər Təhsil Resurs Mərkəzi təklif olunan dəyişikliyin aidiyyatı dövlət məktəbi şagirdlərinin ehtiyaclarına, maraqlarına, məktəbin kadr və maliyyə resurslarına uyğun olmadığını və ya təqdim olunan layihənin milli tədris planı ilə müəyyən edilmiş fənn standartında nəzərdə tutulan nəticələrin əldə olunmasını təmin edə bilməyəcəyini müəyyən edərsə, növbəti tədbirlərin görülməsi üçün mənfi rəyi müvafiq dövlət məktəbinə bildirir.

 

Özəl məktəblərə gəldikdə isə, onlar hansı fənləri tədris edəcəklərini, hədəf anlayışları dərk etmək üçün şagirdlərə hansı təhsil xidmətlərini, tədris mövzularını və məsələlərini təklif edəcəklərini özləri müəyyən edirlər.

 

Bununla yanaşı, özəl məktəblər fənlərin saatlarını öz ehtiyaclarına uyğun olaraq müəyyən etmək hüququna malikdirlər, lakin onların gürcü dili və ədəbiyyatı və Gürcüstan tarixi fənləri üçün cədvəllə müəyyən edilmiş saat yükünü dəyişdirmək hüququ yoxdur.

 

Məktəblər öz məktəb tədris planlarını tədris ilinin başlamasına ən geci 1 həftə qalmış təsdiq etməlidirlər.