Məktəblərin bir öhdəliyi də tədris müəssisələrində şagirlər üçün özünüidarəetməni formalaşdırmaqdır. Qanun şagirdlərə özünüidarəetmə vasitəsi ilə məktəbin fəaliyyətinə qoşulmaq imkanı verir. Özünüidarəetmələr məktəbin istənilən vacib məsələsi ilə bağlı tövsiyə və təkliflərlə məktəbin Qəyyumlar Şurasına müraciət edə bilərlər.
Özünüidarəetmə üzvləri necə seçilir, onların hansı hüquqları var və hansı proseslərdə iştirak edə bilərlər – bütün bunlar hamısı qanunla müəyyən edilib.
Qanuna əsasən, baza və orta pillə şagirdləri özünüidarəetmə üzvlərini seçirlər. Şagirdlər özünüidarəetmədə öz nümayəndələrini gizli səsvermə ilə, siniflərə əsasən bərabər nümayəndəlik prinsipini qorumaqla sonrakı qaydada seçirlər:
a) Baza və orta pillə şagirdlərinin özünüidarəetmə seçkiləri tədris ilinin başlanğıcından ən gec 1 ay ərzində keçirilir;
b) Şagird özünüidarəetmə seçkilərinin keçirilmə vaxtını Qəyyumlar Şurasının sədri təyin edir;
c) Növbəti tədris ilində Qəyyumlar Şurası tərəfindən müvafiq şagird özünüidarəetməsi üçün yeni seçkilərin keçirilməsinə qədər baza və orta pillə şagird özünüidarəetmələri üçün hər sinif bir nümayəndə seçir;
ç) Baza və orta pillə şagirdlərinin özünüidaretmə seçkilərində bütün baza və orta pillə şagirdlərinin iştirak etmək hüququ var;
d) Baza və orta pillənin hər bir sinif şagirdi şagird özünüidarəetməsi nümayəndəsi seçmək üçün bir namizədə səs verir. Müvafiq sinifdə yüksək səs toplayan şagird seçilmiş hesab olunur;
e) O məktəblərdə ki ibtidai və ya orta pillədə hər səviyyə üzrə siniflərin sayı 3-ü keçmir, həmin mərhələnin hər bir sinfinin şagirdi öz səviyyəsinin özünüidarəetməsinə seçilmək üçün 3 namizədə səs verir;
ə) Baza və orta pillə özünüidarəetməsinə seçilmək istəyən şagirdlər müvafiq sinif rəhbəri ilə seçkilərin keçirilməsinə 3 gün qalmış vaxta qədər qeydiyyatdan keçməlidirlər. Sinif rəhbəri olmadığı halda isə bu öhdəlik məktəb direktorunun üzərinə düşür;
f) Şagird özünüidarəetməsi üzvlüyü üçün namizədin seçkiqabağı təbliğat və təşviqat kampaniyası aparması ictimai məktəbin Qəyyumlar Şurasının tətbiq etdiyi müvafiq qaydaya əsasən həyata keçirilir.
Özünüidarəetmə üzvləri seçkilərin nəticəsinin yayımlanmasından 7 gün ərzində öz tərkiblərindən siyahı çoxluğu ilə müvafiq pillə özünüidarəetməsinə sədr seçirlər. Sədr pillə şagirdlərinin özünüidarəetməsinə rəhbərlik edir. Orta pillə şagird özünüidarəetməsinin sədri şagird özünüidarəetməsi nümayəndəsini Qəyyumlar Şurasına təqdim edir.
Şagird özünüidarəetməsi:
a) Məktəbin daxili qaydaları haqqında tövsiyələr hazırlayır;
b) Qəyyumlar Şurasına məktəbin mühüm məsələləri ilə bağlı, eləcə də qazanılan qrantın istifadəyə verilməsi ilə bağlı təkliflər etmək səlahiyyətinə malikdir;
c) Üzvlərin beşdə birinin təşəbbüsü ilə məktəb klubları yaradılır;
ç) Orta pillədə nizam-intizam komitəsində öz nümayəndəsini seçir.
Baza və orta pillənin şagird özünüidarəetməsi üzvünün səlahiyyəti həmin məktəbdə təhsili dayandırdığı/başa vurduğu andan dayandırlır.
Mənbə: etaloni.ge