Yeni tədris ili üçün məktəblərin çoxu vakansiya elan etdi. Müəllim olmaq istəyənlərin çoxu qeyd edirlər ki, bəzi məktəb direktorları yeni kadrın qəbul edilməsi qərarını birbaşa verir. Yəqin bu kimi ifadələri əksəriyyətiniz eşitmisiniz: “Söhbət mərhələsində iştirak etməyin nə mənası var? Onsuz da əvvəlcədən kimi qəbul edəcəklərini seçiblər”, “Direktorlar subyektiv qərar qəbul edirlər”, “Yer boşalan zaman direktorlar artıq saatları işləyən müəllimlər arasında bölürlər” və s.

 

Məktəb direktorlarının bu kimi qərarlar verməsi nə dərəcədə ədalətlidir? Məktəb rəhbərinin qanunla bunlara hüququ çatırmı?

 

Belə bir sənəd mövcuddur – Müəllimlik fəaliyyətinə başlamaq və dayandırmaq qaydası. Sənəddə namizədlə bağlı tətbiq edilmiş xüsusi kvalifikasiya tələbləri, müsabiqənin mərhələləri və müsabiqənin pozulmasının/dayandırılmasının əsasları qeyd olunub.

 

Müsabiqənin elan edilməsi:

 

• Məktəbdə işləyən, dəvət edilmiş, yaxud əvəzedici müəllim üçün vakansiya olduğu halda daxili və açıq müsabiqə elan olunur.

 

• Açıq müsabiqədə tələbləri qane edən istənilən maraqlanan şəxsin, daxili müsabiqədə isə yalnız məktəbdə işləyən müəllimlərin iştirak etmək hüququ var.

 

• Məktəbin maneəsiz fəaliyyət göstərməsi üçün müsabiqə elan edilən məqamda vakansiya olmayan vəzifəyə məktəbin müsabiqə elan etmək səlahiyyəti var, ancaq qeyd olunan vəzifənin müsabiqə bitənə qədər vakansiya olacağını təsdiqləyən əsas olmalıdır.

 

• Məktəbdə vakansiya olanda, həmin yer daxili müsabiqə əsasında doldurulur.

 

• Daxili müsabiqə ilə vakansiya dolmazsa, məktəb direktoru açıq müsabiqə elan etməlidir.

 

• Məktəb direktoru təsdiqlənmiş qərar əsasında məktəbdə müəllim vəzifəsinə olan vakansiyanı daxili müsabiqə elan etmədən, açıq müsabiqə vasitəsi ilə doldurmaq səlahiyyətinə malikdir.

 

• Məktəbdə müsabiqə elan edilməsi məktəb direktorunun fərdi inzibati-hüquqi aktı, sərəncamı əsasında olur. Həmin sərəncama əsasən müsabiqənin vaxtı, şərtləri, müsabiqə komissiyasının tərkibi və s. müəyyən edilir.

 

• Açıq müsabiqənin elan edilməsi barədə məlumat www.teacherjobs.ge veb-səhifəsində ictimai şəkildə yayımlanmalıdır.

 

• Daxili müsabiqə barədə məlumat isə ictimai məktəbdə, bütün müəllimlər üçün əlçatan yerdə elan edilməlidir.

 

• www.teacherjobs.ge saytında müsabiqənin yerləşdirilmə müddəti Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin direktorunun fərdi inzibati-hüquqi aktı əsasında müəyyən edilir.

 

• Açıq müsabiqənin elan edilməsi barədə məlumatı məktəb həmçinin öz veb-səhifəsində, iş elanları ilə bağlı müvafiq veb-səhifədə, sosial şəbəkədə və nəşriyyat orqanlarında da yerləşdirə bilər.

 

Müsabiqə elanında aşağıdakı məlumatlar olmalıdır:

 

a) Məktəbin adı;

 

b) Açıq müsabiqə qaydası ilə doldurulmuş müəllimlər üçün vakansiyanın adı və fənnin, sinfin qeyd edilməsi;

 

c) Namizəddən tələb olunan kvalifikasiya;

 

ç) İş saatları barədə məlumat;

 

d) Əməkhaqqı barədə məlumat;

 

e) Məktəbin əlaqə məlumatları;

 

ə) İşə başlama tarixi;

 

f) Ərizənin təqdim olunmasının son müddəti;

 

g) Məktəbin qərarı ilə digər məlumatlar.

 

Müsabiqə elan edildikdən sonra məktəb tərcümeyi-halları seçir və istədiyi namizədlərlə əlaqə saxlayır. İkinci mərhələ söhbət, müsahibə mərhələsidir. Komissiya qərarın qəbul edilməsindən on gün müddətində hər bir namizədə elektron, yaxud yazılı şəkildə qərar barədə məlumat verir.

 

Obyektiv səbəblər mövcud olduğu halda, istənilən mərhələdə, komissiyanın son qərarını namizədlərə bildirənə qədər, məktəbin elan edilmiş müsabiqəni dayandırmaq səlahiyyəti var.

 

Sənəddə həmçinin yazılıb ki, məktəbin maneəsiz işləməsini təmin etmək üçün, təcili ehtiyac olduğu halda direktorun çağırılmış, yaxud əvəzedici müəllimi müsabiqədənkənar məktəbdə işlə təmin etmək səlahiyyəti var.

 

Mənbə: etaloni.ge