2023-cü ildə vahid milli imtahanlara qeydiyyatdan keçmiş abituriyentlərin 77 %-i, yəni 34 843 abituriyent tələbə statusu qazanıb. Ötən illə müqayisədə qəbul olunan tələbələrin sayı 8,5 faiz (2 743 tələbə) artıb.

 

6 450-dən çox abituriyent dövlət maliyyələşdirməsi əldə edib. 1000-dən artıq aplikant 100 %, 1 450-dən artıq aplikant 70 %, 4 080-dən artıq abituriyent isə 50 % qrant əldə edib.

 

5 500-dən çox aplikant dövlət tərəfindən maliyyələşdirilən proqramlara qəbul olub. 1 550-yə yaxın aplikant gürcü dili üzrə hazırlıq proqramında təhsilinə davam edəcək. Ümumilikdə 12 000-dən artıq aplikant maliyyələşdirmə qazanıb.

 

Qeyd edək ki, 23 440 nəticədən 4 202 nəticə şikayət olunub. Apelyasiyadan sonra 1 498 nəticənin ilkin qiymətləndirilməsi dəyişdirilib, 1 473 nəticədə bal artırılıb, 25 nəticədə isə bal azaldılıb.

 

Qeyd olunmalıdır ki, təbiət fənlərində minimal keçidi aşa bilməyən abituriyentlərin faiz göstəricisi yenə də yüksək olaraq qalmaqdadır.

 

Aplikantların 30,95 %-i fizika, 19,53 %-i kimya, 14,71 %-i isə biologiya imtahanından kəsilib.

 

Qeyri-gürcüdilli abituriyentlərin imtahandan kəsilmə göstəricisi də yüksəkdir: ümumi qabiliyyət imtahanında iştirak edən 2 573 aplikantdan (Azərbaycan dilində) 35,6 %-i; 602 aplikantdan (erməni dilində) 24,25 %-i imtahandan kəsilib.

 

Ən yüksək bal toplanan fənlər isə bunlardır: ingilis dili fənnindən 649 abituriyent, gürcü dili və ədəbiyyatı fənnindən 75 abituriyent, riyaziyyat fənnindən isə 44 abituriyent yüksək bal toplayıb.

 

Xatırladaq ki, 2019-cu ildə 28 740, 2020-ci ildə 29 614, 2021-ci ildə 29 362, 2022-ci ildə isə 32 100 nəfər abituriyent tələbə adını qazanıb.

 

Mənbə: etaloni.ge