Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi 2022-ci il müəllim kompetensiyasının təsdiqlənməsi imtahanı üçün Azərbaycan dili və ədəbiyyatı üzrə proqramı yayımlayıb.

Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimlərin səlahiyyətini təsdiq edən imtahan proqramı aşağıdakı kimidir:

 

AZƏRBAYCAN DİLİ

- Fonetika.

- Leksika.

- Sözün tərkibi.

- Söz yaradıcılığı.

- Morfologiya. Əsas və köməkçi nitq hissələri.

- Sintaksis. Söz birləşməsi və cümlə. Sintaktik əlaqələr.

- Cümlə üzvləri. Baş və ikinci dərəcəli üzvlər.

- Həmcins üzvlər. Əlavələr. Cümlədə söz sırası.

- Xitab və ara sözlər.

- Cümlənin quruluşca növləri. Sadə və mürəkkəb cümlələr.

- Sadə cümlənin növləri.

- Mürəkkəb cümlənin növləri.

- Vasitəli və vasitəsiz nitq.

- Dil. Nitq normaları. Yazı və tipləri.

- Dilin üslubi imkanlarının təzahür formaları: funksional və fərdi üslublar.

- Xülasə və tezis.

- Durğu işarələri.

ƏDƏBİYYAT

- Azərbaycan şifahi xalq ədəbiyyatı.

- QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (ən qədim zamanlardan XIII əsrə qədər)

- XI-XII əsrlərdə humanist ideyaları təbliğ edən sənətkarlar: Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani Şirvani.

- “Kitabi-Dədə Qorqud” eposu.

- Nizami Gəncəvi.

- ORTA DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (XIII – XVI əsrlər)

- XIII-XIV əsrlərdə anadilli şeirin inkişafı və əsas nümayəndələri: İzzəddin Həsənoğlu, Şeyx Səfiəddin Ərdəbili. “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemaları anadilli epik şeirin ilk nümunələri kimi. Suli Fəqih və Mustafa Zəririn “Yusif və Züleyxa” poemaları. Qazi Bürhanəddin. Bu dövrdə farsca yazan Azərbaycan şairləri. Nizami ədəbi məktəbinin nümayəndələri: Marağalı Əvhədi, Arif Ərdəbili, Əssar Təbrizi.

- XIV-XV əsrlər anadilli şeirin inkişafında yeni mərhələ kimi. Cahan şah Həqiqi, Kişvəri və Həbibi. Dirili Qurbani.

- İmadəddin Nəsimi.

- Şah İsmayıl Xətai.

- Məhəmməd Füzuli.

- YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI. I mərhələ (XVII – XVIII əsrlər)

- XVII-XVIII əsrlərdə şifahi və yazılı ədəbiyyatın inkişafı. Yazılı ədəbiyyatda ənənə və novatorluq. Aşıq şeirinin inkişafı. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh. Dastan yaradıcılığının məhsuldar dövrü: “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Əsli və Kərəm”.

- Füzuli ədəbi məktəbinin davamçıları: Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi.

- XVIII əsr poeziyasında realist üsluba meyilin güclənməsi. M.V.Vidadi, M.P.Vaqif.

- “Koroğlu” eposu.

- Molla Pənah Vaqif.

- YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI II mərhələ (XIX əsr)

- Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi. “Hikmətin fəziləti” əsəri.

- Azərbaycan – Qərb ədəbi-mədəni əlaqələrinin yaranıb inkişaf etməsində M.Ş.Vazehin rolu.

- Xurşidbanu Natəvan və İsmayıl bəy Qutqaşınlının bədii yaradıcılığı.

- Qasım bəy Zakir.

- Mirzə Fətəli Axundzadə.

- Aşıq Ələsgər.

- Seyid Əzim Şirvani.

- Nəcəf bəy Vəzirov.

- AZƏRBAYCAN ƏDƏBİYYATINDA TƏNQİDİ REALİZM VƏ ROMANTİZM DÖVRÜ (XIX əsrin 90-cı illərindən 1920-ci ilədək)

- Dövrün ədəbi-mədəni xülasəsi. Mətbuatın, teatrın, bədii ədəbiyyatın inkişafı. Azərbaycan ədəbiyyatında tənqidi realizm. “Molla Nəsrəddin” Azərbaycan dilində nəşr edilən ilk satirik jurnal kimi. Onun əsas müəllifləri: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz və b.

- Azərbaycan ədəbiyyatında romantizm. “Füyuzat” jurnalı və onun əsas müəllifləri: Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxaliq Cənnəti və b.

- Süleyman Sani Axundov.

- Əbdürrəhim bəy Haqverdiyev.

- Məhəmməd Hadi.

- Abdulla Şaiq.

- Cəlil Məmmədquluzadə.

- Mirzə Ələkbər Sabir.

- Hüseyn Cavid.

- Əhməd Cavad.

- CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI. Məhəmmədhüseyn Şəhriyar.

- SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI (1920-1991-ci illər)

- Almas İldırım.

- Mikayıl Müşfiq.

- Süleyman Rüstəm.

- Hüseyn Arif.

- Ənvər Əlibəyli.

- Mirmehdi Seyidzadə.

- Mehdi Hüseyn.

- Cabir Novruz.

- Süleyman Rəhimov.

- Mirzə İbrahimov.

- Hikmət Ziya.

- Əliağa Kürçaylı.

- Cəfər Cabbarlı.

- Səməd Vurğun.

- Rəsul Rza.

- Mir Cəlal.

MİLLİ ÖZÜNÜDƏRKƏ QAYIDIŞ MƏRHƏLƏSİ VƏ KEÇİD DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI

(XX əsrin 60-90-cı illəri)

- İsa Hüseynov.

- Məmməd Araz.

- Əli Kərim.

- Anar.

- Elçin.

- Sabir Əhmədli.

- Zahid Xəlil.

- İlyas Əfəndiyev.

- İsmayıl Şıxlı.

- ÇOXMETODLU AZƏRBAYCAN ƏDƏBİYYATI (müstəqillik dövrü)

- Xəlil Rza Ulutürk.

- Fikrət Qoca.

- Qılman İlkin.

- Mustafa Çəmənli.

- Eyvaz Zeynalov.

- Bəxtiyar Vahabzadə.

- DÜNYA ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

- İvan Krılov. Ernest Heminquey. Çingiz Aytmatov.

- ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ

- Nəzm və nəsr. Azərbaycan şeirində vəznlər. Yazılı ədəbiyyatda ədəbi növlər və janrlar. Bədii gülüş.

Bədii əsərin quruluşu. Süjet və kompozisiya. Bədii əsərin dili. Bədii yaradıcılıq metodu.