2024-cü ilin vahid milli imtahanlarında tarix fənnini daha çox abituriyent seçib. Bu haqda Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin yayımladığı statistikada bildirilir.

 

Abituriyentlərin ən az müraciət etdiyi fənn isə incəsənətdir.

 

Digər fənlərə gəldikdə isə göstəricilər aşağıdakı kimidir:

 

Tarix – 21400-dən çox abituriyent;

Riyaziyyat – 17000-nə yaxın abituriyent;

Kimya – 2800-dən çox abituriyent;

Biologiya – 4000-dən çox abituriyent;

Coğrafiya – 2600-dən çox abituriyent;

Vətəndaş təhsili – 2600-dən çox abituriyent;

Ədəbiyyat – 1400-dən çox abituriyent;

Fizika – 1000-dən çox abituriyent;

İncəsənət – 270-dən çox abituriyent.

 

Xatırladaq ki, 2024-cü ildə vahid milli imtahanlara ümumilikdə 47000-dən çox abituriyent qeydiyyatdan keçib. Tələblərin qrant müsabiqəsində 3000-dən çox tələbə iştirak etmək istəyini bildirib. Ümumi magistratura imtahanlarına 10000-dən çox namizəd qeydiyyatdan keçib.

 

Müəllimlər üçün imtahanlara gəldikdə isə, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin yaydığı məlumata əsasən, müəllimlər üçün imtahanlara təxminən 18900-dən çox aplikant qeydiyyatdan keçib.

 

Mənbə: etaloni.ge