Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi təcrübəçi (praktikos) və xüsusi müəllimlər üçün nəzərdə tutulmuş imtahanlarla bağlı bəyanat yayımlayıb.

 

Bəyanata əsasən, imtahanlar 2021-2022-ci tədris ili başlayana qədər keçiriləcək. Qeydiyyatdan keçə bilməyən təcrübəçi müəllimlərə isə qeydiyyat üçün imkan yaradılacaq. Baş müəllim statusu olanlar üçün də dəyişikliklər mövcuddur. Onlar cari tədris ilində statuslarını yalnız kənar müşahidə nəticəsində yüksəldə biləcəklər.

 

“Mövcud epidemioloji vəziyyəti və Səhiyyə Nazirliyinin tövsiyələrini nəzərə alaraq, müəllimlər və xüsusi müəllimlər üçün imtahan 2021-2022-ci tədris ili başlayana qədər keçiriləcək. Bundan irəli gələrək, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə müəllimlik fəaliyyətinə başlamaq, peşə inkişafı və karyerada irəliləmə sxeminə dəyişikliklər edilib.

 

Dəyişiklik (qeyri-gürcü dilli məktəblərin/sektorların təcrübəçi müəllimlərindən başqa) 2020-ci ilin 31 yanvar tarixinə qədər ümumtəhsil müəssisələrində dərs deyən və 2020-ci ilin 1 fevral tarixindən 30 aprel tarixinə qədər müəllimlər imtahanına qeydiyyat olmuş təcrübəçi müəllimlərə aid olacaq. Onlara 2021-2022-ci tədris ili başlayana qədər müəllim statuslarını artırmaq hüququ verilir.

 

Bundan əlavə, 2020-ci ilin 31 yanvar tarixinə qədər 15 kredit toplamış (həmçinin fənn yaxud ixtisas kompetensiyasını qismən təsdiqləmiş olan) və 2020-ci ilin 30 aprel tarixinə qədər müəllimlər imtahanına qeydiyyat ola bilməyən müəllimlərə qeydiyyat hüququ və topladıqları 15 kredit balı 19 kredit bala qədər doldurmaq hüququ verilir.

 

Dəyişikliklər baş müəllimlərə də aiddir. 2020-2021-ci tədris ili ərzində onlara yalnız kənar müşahidədən keçmək hüququ veriləcək (birbaşa və eləcə də distant qaydada). 2020-ci ilin 31 dekabr tarixinə qədər kənar müşahidədən uğurla keçdikdə onlara 2021-ci ilin yanvarından, 2021-ci ilin 15 iyun tarixinə qədər uğurla keçdikdə isə 2021-ci ilin 30 sentyabr tarixinə qədər aparıcı müəllim statusu veriləcək. Həmçinin qeyd edilməlidir ki, əgər baş müəllim 2020-2021-ci ilin II semestri başlayana qədər doktorluq dərəcəsi qazanarsa ona aparıcı müəllim statusu veriləcək”, - bəyanatda deyilir.

Mənbə: edu.aris.ge