2023-2024-cü tədris ilində medal alan şagirdlərin sayına görə Tbilisi birinci yerdədir. Paytaxtın ictimai məktəblərinin 1617 məzunu məktəbi qızıl, 451 məzunu isə gümüş medalla bitirib. Qeyd edək ki, əlaçı məzunlara görə Vake-Saburtalo rayonu liderlik edir.
Medalçı şagirdlərin sayına görə Tbilisidən sonra İmereti gəlir. İmeretidə 1125 şagird məktəbi medal alaraq bitirib. Ən az medalçı isə (40 medal) Raca Leçxumi – Kvemo Svaneti bölgəsindədir.
2023-2024-cü tədris ilində Kvemo Kartli bölgəsində medalçı şagirdlərin sayı isə bu cürdür:
Rustavi – 160 qızıl, 25 gümüş;
Marneuli – 47 qızıl, 19 gümüş;
Qardabani – 45 qızıl, 10 gümüş;
Bolnisi – 40 qızıl, 8 gümüş;
Tsalka – 28 qızıl, 9 gümüş;
Tetritskaro – 19 qızıl, 7 gümüş;
Dmanisi – 10 qızıl, 1 gümüş.
Ötən tədris ilində ümumilikdə məktəbi 6217 şagird fərqlənmə ilə bitirib. Onlardan 4988-i qızıl, 1229-u isə gümüş medal qazanıb.
Mənbə: etaloni.ge