Gürcüstanın ali təhsil müəssisələrində xarici tələbələrin sayı 20 % artıb.

 

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrində xarici tələbələrin sayı 37,1 min təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.