Hökumətin qərarı ilə 27 oktyabr Gürcüstanda Milli Müəllim Günü kimi qeyd edilir. Milli Müəllim Günü ilə əlaqədar ilin 11 ən yaxşı müəlliminin adı artıq açıqlanıb. Onların hər birinə 10 min lari pul mükafatı və döş nişanları verilib. İlin ən yaxşı müəllimləri arasında Marneuli bələdiyyəsinin Qasımlı kənd məktəbinin ingilis dili müəllimi Samirə İsmayılova da var.
İlin ən yaxşı 11 müəllimi bunlardır:
• Medea Tramakidze – Eredvi bələdiyyəsinin Erqnet ictimai məktəbinin riyaziyyat müəllimi;
• Venera Abuselidze – Batumi 18 saylı məktəbin fizika müəllimi;
• Kaxaber Çakvetadze – Çxaltubo bələdiyyəsinin Kvitiri kəndinin tarix müəllimi;
• Marina Berianidze – Tsalka 1 saylı ictimai məktəbin biologiya və təbiət elmləri müəllimi;
• Medea Borçaşvili – Axmet bələdiyyəsinin Diusi kənd ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi;
• Nazibrola Mikeladze – Xulo bələdiyyəsinin Sxalti ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi;
• Nunu Andquladze – Çoxatauri bələdiyyəsinin Tsipnari kənd ictimai məktəbinin ibtidai siniflər üçün gürcü dili və riyaziyyat müəllimi;
• Petre Babilua – Tbilisi “Avropa məktəbi”nin riyaziyyat müəllimi;
• Samirə İsmayılova – Marneuli bələdiyyəsinin Qasımlı kənd ictimai məktəbinin ingilis dili müəllimi;
• Elmira Kspoyan – Ninotsminda 1 saylı ictimai məktəbin erməni dili və ədəbiyyatı müəllimi;
• Nino Calağonia – Tbilisi 141 saylı ictimai məktəbin gürcü dili və ədəbiyyatı müəllimi.
Qeyd edək ki, Gürcüstanda Milli Müəllim Günü bu il təsis edilib və hər il oktyabrın 27-də pedaqoq və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə qeyd olunacaq.
Mənbə: etaloni.ge