Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin məlumatına görə, müəllimlər üçün imtahanlar iyulun 8-də başlayacaq və iyulun 23-də bitəcək. 2025-ci ilin fənn, xüsusi baş müəllim, baza peşə bacarıqları imtahanlarının keçiriləcəyi vaxtlar aşağıdakı kimidir:

 

8 iyul – (birinci sessiya):

Baza peşə bacarıqları imtahanı.

 

9 iyul (birinci sessiya):

Fizika (VII-XII);

Kimya (VII-XII);

Tarix (VII-XII);

Gürcü dili və ədəbiyyatı (VII-XII).

 

9 iyul (ikinci sessiya):

Biologiya (VII-XII).

 

10 iyul (ikinci sessiya):

Tətbiqi və təsviri incəsənət.

 

11 iyul (birinci sessiya):

Riyaziyyat (VII-XII).

 

11 iyul (ikinci sessiya):

Coğrafiya (VII-XII);

Vətəndaş təhsili.

 

15 iyul (birinci sessiya):

Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV);

Təbiətşünaslıq (I-VI);

Riyaziyyat (I-VI);

Gürcü dili və ədəbiyyatı (I-VI);

Azərbaycan dili;

Erməni dili.

 

15 iyul (ikinci sessiya):

Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

Rus dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);

Erməni dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər).

 

16 iyul (birinci sessiya):

Xüsusi baş müəllim imtahanı.

 

17 iyul (birinci sessiya):

İtalyan dili (I-XII) (yazı hissəsi);

Gürcü dili (qeyri-gürcüdilli məktəblər üçün) (yazı hissəsi);

Fransız dili (I-XII) (yazı hissəsi);

Alman dili (I-XII) (yazı hissəsi);

Rus dili (I-XII) (yazı hissəsi);

İngilis dili (I-XII) (yazı hissəsi).

 

17 iyul (ikinci sessiya):

İdman.

 

18 iyul (birinci sessiya):

Musiqi;

Kompüter texnologiyaları (yazı hissəsi).

 

20 iyul (birinci və ikinci sessiya):

Kompüter texnologiyaları (praktiki hissə).

 

23 iyul (birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci sessiya):

Xarici dil və gürcü dili (qeyri-gürcüdilli məktəblər üçün) (danışıq hissəsi).

 

Mənbə: etaloni.ge