2025-ci ilin Milli Müəllim Mükafatının onluğu məlum olub. Bu il onluğa düşən müəllimlərin siyahısı aşağıdakı kimidir:
• Davit Badalaşvili – Tetritskaro bələdiyyəsinin Vaja-Pşavela adına Böyük Toneti kənd ictimai məktəbinin vətəndaş təhsili və tarix müəllimi;
• Elene Betlemişvili – Qori 3 və 8 saylı ictimai məktəbin ibtidai sinif müəllimi;
• Rusudan Qonaşvili – Dedoplistskaro bələdiyyəsinin Xornabuci kənd ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi;
• Giorgi Kvikvinia – Tbilisi müasir təhsil akademiyasının ingilis dili müəllimi;
• Nestan Kublaşvili – Tbilisi 172 saylı ictimai məktəbin gürcü dili və ədəbiyyatı müəllimi;
• Maia Lapiaşvili – Dedoplistkaro 1 saylı ictimai məktəbin coğrafiya və vətəndaş təhsili müəllimi;
• Tamuna Maçaraşvili – Tbilisi Qriqol Kobaxidze adına 77 saylı ictimai məktəbin vətəndaş təhsili müəllimi;
• Şalva Mindadze – Tbilisi 70 saylı ictimai məktəbin tarix müəllimi;
• Xatuna Koçaşvili – Rustavi Jiuli Şartava adına 4 saylı və Rustavi 15 saylı ictimai məktəbin ibtidai sinif müəllimi;
• Janna Xaçaturyan – İlia Çavçavadze adına Axalkalaki 3 saylı ictimai məktəbin mən və cəmiyyət, vətəndaş təhsili və vətəndaşlıq fənni üzrə müəllim.
Müsabiqənin növbəti mərhələsində – sentyabrın 5-də beşliyə düşən müəllimlərin adı açıqlanacaq. Onlardan biri Milli Müəllim Mükafatının qalibi olacaq. Qalib müsabiqənin sponsoru – Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15000 lari mükafat alacaq. Beşliyə düşən digər müəllimləri isə 2025-ci ilin Milli Müəllim Mükafatının əsas dəstəkçisi – Gürcüstan Bankı mükafatlandıracaq.
Qeyd edək ki, bu il Milli Müəllim Mükafatı müsabiqəsinə 142 müəllim qoşulub.
Milli Müəllim Mükafatı 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 9-cu dəfə həyata keçrilir və müəllimlik peşəsinin populyarlaşdırılmasına yönəlmiş – “The Global Teacher Prize” şirkətinin bir hissəsidir.
Müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondu, qızıl sponsoru İlia Dövlət Universitetidir. Dəstəkçilər: Gürcüstan Bankı, EPAM Georgia, “Alte” Universiteti, Konsultasiya və Təlim Mərkəzi (CTC).
Mənbə: edu.aris.ge