Milli Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, Gürcüstanda məktəblərin sayı ildən ilə azalır, şagirdlərin sayı isə artır.
2022-2023-cü tədris ilinin başlanğıcında Gürcüstanda ümumilikdə 2 302 məktəb olub. Onlardan 2 086-sı ictimai məktəb, 216-sı isə özəl məktəbdir. Ötən tədris ili ilə müqayisədə ölkədə 6 məktəb fəaliyyətini dayandırıb. Həmin dövrdə məktəblərdə ümumilikdə 633,3 min şagird təhsil alırdı, bu da ötən ilin göstəricilərindən 1,4 faiz çoxdur.
Bölgələrə əsasən ən çox məktəb (17,1 %) İmeretidə fəaliyyət göstərir, ən çox şagird isə (35,4 %) Tbilisidə təhsil alır.
Ötən illərin göstəricilərinə əsasən, 2018-2019-cu tədris ilində 2 313 məktəb və 584,4 min şagird; 2020-2021-ci ildə 2 309 məktəb və 609,1 min şagird; 2021-2022-ci tədris ilində 2 308 məktəb və 624,5 min şagird qeydiyyata alınmışdır.
Mənbə: etaloni.ge