12 iyul tarixindən peşə təhsili proqramlarına qeydiyyat başlayıb və 20 avqust tarixinə qədər davam edəcək. “vet.emis.ge” veb-səhifəsində, eləcə də Gürcüstan miqyasında fəaliyyət göstərən təhsil-resurs mərkəzlərdə, peşə təhsili proqramları həyata keçirən müəssisələrdə qeydiyyatdan keçmək mümkündür.

 

2021-ci ilin qəbulu üçün bütün Gürcüstan miqyasında dövlət və özəl peşə müəssisələri yüzdən artıq peşə sahəsinə tələbə qəbul edəcək.

 

Qeyd edək ki, peşə proqramlarına qəbul üçün yeni qayda hazırlanıb. Qaydaya əsasən, bu il ilk dəfə vahid qəbul çərçivəsində yalnız ictimai deyil, həm də bütün özəl müəssisələrə qəbul mümkün olacaq.

 

Belə ki, bütün avtorizasiyadan keçmiş, həmçinin özəl müəssisələr tələbələri yalnız vahid qəbul çərçivəsində, ümumi platforma vasitəsilə qəbul edəcək.

 

Yeni yanaşma peşə təhsilinin əlçatanlığını artıracaq və bütün maraqlanan şəxslərin peşə təhsilinə qoşulmasını təmin edəcək. Eləcə də peşə təhsili proqramlarında təhsilini davam etdirmək istəyənlərin fərdi ehtiyaclarını nəzərə alacaq.

 

2021-ci ildə inteqrəedilmiş proqramların sayı da çoxalıb. Bu, baza təhsili olan şəxslərə peşə təhsili ilə birlikdə ümumi təhsil almaq imkanı da verəcək.

 

Aplikantların qəbul prosesində rəngarəng mexanizmlərdən istifadə olunacaq. Bu, proqramların özəlliklərini nəzərə almaqla tələbələrin seçilməsi-qiymətləndirilməsi istiqamətində kifayət qədər sürətli yanaşmanı nəzərdə tutur.

 

Xatırladaq ki, 2021-ci ildə yalnız ali peşə proqramlarına qəbul olmaq istəyənlər Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi tərəfindən təşkil edilmiş peşə imtahanından keçməli olacaqlar. Digər proqramlara qəbulla bağlı isə peşə təhsil müəssisələri, tərəfdaş təşkilatlarla, həmçinin işlə təmin edənlərlə birlikdə özləri tələbələrin seçim prosesinin təşkil edilməsini təmin edəcəklər.

 

2021-ci ildə təklif edilmiş peşə təhsili müəssisələri və proqramlarının tam siyahısı “vet.emis.ge”“vet.ge” səhifələrində əlçatandır. Gürcüstan Təhsil və Elm Naziliyinin qaynar xəttindən əlavə məlumat almaq mümkündür: (995 32) 2 200 220.

Mənbə: etaloni.ge