2025-ci ildə qeyri-gürcüdilli məktəblərdə çalışan ibtidai sinif müəllimləri kombinə edilmiş (birləşdirilmiş), eləcə də xüsusi müəllim imtahanını Azərbaycan və erməni dillərində verə biləcəklər. Bu barədə məlumatı Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.

 

“Etnik azlıq nümayəndəsi olan müəllimlərin öz ana dilində hər hansı fənn üzrə kompetensiyanı yüksəltmək imkanı bu gün də var. İstisna yalnız kombinə edilmiş və xüsusi müəllim imtahanlarında idi. Bizim planımız budur ki, 2025-ci ildə etnik azlıq nümayəndəsi olan müəllimlər kombinə edilmiş və xüsusi müəllim imtahanlarını Azərbaycan və erməni dillərində versinlər”, – deyə qurumdan bildiriblər.

 

Mənbə: etaloni.ge