Təhsil, elm və gənclər naziri Givi Mikanadzenin imzaladığı sərəncama əsasən, onun quruma tabe olan ictimai, hüquqi şəxslərin direktor müavinlərini təyin etmək və azad etmək hüququ olacaq.

 

Dəyişikliklərə əsasən:

 

Şota Rustaveli adına Gürcüstan Milli Elm Fondunun baş direktorunun birinci müavinini/müavinlərini nazir vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktor müavini/müavinlərini nazir vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

Təhsil Araşdırmaları üzrə Milli Mərkəzin direktorunun müavini var, onu nazir vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

Beynəlxalq Təhsil Mərkəzinin direktorunun 1 müavini var, onu nazir vəzifəyə təyin edir və vəzifədən azad edir. Direktor olmadıqda, yaxud direktorun səlahiyyətlərini icra etməsi mümkün olmadığı halda onun öhdəliyini direktor müavini yerinə yetirir.

 

Gənclər Agentliyinin rəhbərinin 3 müavini var (həmçinin, 1 birinci müavini), onları nazir vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

Təhsilin İdarəsi üzrə Məlumat Sisteminin rəhbərinin 2 müavini var, onları nazir vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

Mənbə: etaloni.ge