2024-cü ilin 1 yanvarından qeyri-gürcüdilli ictimai məktəblər və sektorlar üçün şagirdlərin vauçer maliyyələşdirilməsi sayı dəyişdirilib.

 

Baş nazir İrakli Qaribaşvilinin imzaladığı sərəncama əsasən, qeyri-gürcüdilli məktəblərdə 1-ci sinifdən 8-ci sinfə qədər şagirdlərin vauçer maliyyələşdirilməsi məktəb tipinə görə müəyyən edilib.

 

Qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün 1-dən 8-ci sinfə qədər:

 

ბ.ა) Şagir sayı 170-dən 205-ə qədər olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 513 lari;

 

ბ.ა1) Şagird sayı 170-dən 205-ə qədər olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 732 lari;

 

ბ.ბ) Şagird sayı 206-dan 299-a qədər olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 510 lari;

 

ბ.ბ1) Şagird sayı 206-dan 299-a qədər olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 717 lari;

 

ბ.გ) Şagird sayı 300-dən 530-a qədər olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 498 lari;

 

ბ.გ1) Şagird sayı 300-dən 530-a qədər olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 696 lari;

 

ბ.დ) Şagird sayı 531-dən 735-ə qədər olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 486 lari;

 

ბ.დ 1) Şagird sayı 531-dən 735-ə qədər olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 678  lari;

 

ბ.ე) Şagird sayı 736-dan 1269-a qədər olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 480 lari;

 

ბ.ე1) Şagird sayı 736-dan 1269-a qədər olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 654  lari;

 

ბ.ვ) Şagird sayı 1269-dan çox olan qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 477 lari;

 

ბ.ვ1) Şagird sayı 1269-dan çox olan dağlıq məntəqədə yerləşən qeyri-gürcüdilli ictimai məktəblər/sektorlar üçün – 651 lari;

Mənbə: etaloni.ge