Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2023-cü ildə abituriyentlərin seçdiyi fənlərin statistikasını yayımlayıb. Ən çox seçilən fənlər arasında birinci yerdə tarix, ikinci yerdə riyaziyyat, üçüncü yerdə isə biologiyadır.

 

Digər fənlərə gəldikdə isə göstəricilər aşağıdakı kimidir:

 

• Tarix – 22 200-ə yaxın abituriyent;

 

• Riyaziyyat – 15 700-dən artıq abituriyent;

 

• Biologiya – 3 600-dən artıq abituriyent;

 

• Kimya – 2 600-dən artıq abituriyent;

 

• Coğrafiya – 2 200-dən artıq abituriyent;

 

• Fizika – 700-ə yaxın abituriyent;

 

• Ədəbiyyat – 1 300-ə yaxın abituriyent;

 

• Vətəndaş təhsili – 2000-dən artıq abituriyent;

 

• Tətbiqi və təsviri incəsənət – 300-dən artıq abituriyent.

 

Qeyd edək ki, 2023-cü ilin vahid milli imtahanlarına qeydiyyat 3 apreldə başa çatıb. Vahid milli imtahanlar üçün 45 000-dən artıq abituriyent qeydiyyatdan keçib. Abituryentlərin 13 aprel saat 18:00-a kimi imtahan verəcəkləri fənlərin siyahısında dəyişiklik etmək və imtahan dilini dəyişmək imkanları var idi.

 

Xatırladaq ki, vahid milli imtahanlarda iştirak edənlər təhsil proqramları siyahısında apelyasiya nəticələrinin yayımlanmasının növbəti gününə qədər dəyişiklik edə biləcəklər. Dəqiq tarix avqust ayında məlum olacaq.

 

Mənbə: etaloni.ge