Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz müəllimlər üçün imtahanın nəticələrinin bir qismini yayımlayıb. Riyaziyyat (VII-XII), tarix (VII-XII), coğrafiya (VII-XII), vətəndaş təhsili (VII-XII), fizika (VII-XII), kimya (VII-XII), biologiya (VII-XII), tətbiqi və təsviri incəsənət, musiqi, bədən tərbiyəsi və idman, xüsusi baş müəllim, Azərbaycan dili, erməni dili imtahanlarının nəticələri artıq məlumdur.
Müəllimlər imtahanlarının nəticələrini “online.naec.ge” veb-səhifəsinə daxil olaraq öyrənə bilərlər. Sistemə şəxsi nömrə və imtahan kartında qeyd olunmuş doqquz rəqəmli identifikasiya kodu ilə daxil olmaq mümkündür.
Digər imtahan fənlərinin nəticələri mərhələli şəkildə elan olunacaq. Bundan sonra nəticələrə etiraz edənlərin müraciətlərinin qəbuluna başlanılacaq.
Qeyd edək ki, qeyri-gürcüdilli məktəblərlə bağlı 1, 4, 7, 10 kredit saxlanılır. Baş nazirin sərəncamında qeyd olunub ki, qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi (praktikos) müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi statusunu saxlaya biləcəklər.
Bundan əlavə, dəyişiklik fənn imtahanına, həmçinin qeyri-gürcüdilli məktəblərin müəllimlərinə də aiddir və Baş nazirin qərarına görə, 1, 4, 7, 10 kredit yenidən geri qayıdır.
Qüvvədə olan sənəddə qeyd olunub:
“2023-cü ilin yanvarına qədər statusunu dəyişə bilməyən, 2023-cü ilin fənn imtahanına qeydiyyatdan keçən qeyri-gürcüdilli məktəblərin/sektorların təcrübəçi müəllimlərinə 2023-cü ilin fənn imtahanından əldə olunan nəticələrin 1, 4, 7 və 10 kreditlə nəzərə alınması hüququ verilsin.
2025-2026-cı tədris ilinin sonuna qədər fənn imtahanından toplanmış nəticələr aşağıdakı cədvələ əsasən 1, 4, 7, 10 kredit olaraq hesab oluna bilər”.
Fənn imtahanı testinin maksimum balı %-lə |
Kredit |
60-dan yuxarı |
10 |
50-dən 60-a qədər |
7 |
40-dan 50-yə qədər |
4 |
30-dan 40-a qədər |
1 |