2024-2025-ci tədris ilində 1 dekabra qədər 6 yaşı tamam olmuş uşaqlar birinci sinfə gedə biləcəklər.
Təhsil və elm naziri Giorgi Amilaxvarinin sözlərinə görə, bu dəyişiklik könüllüdür və əgər valideyn və ya uşağın qəyyumu hesab etsə ki, bu yaşda uşaq məktəbə hazır deyil, o zaman uşağı bağçada saxlaya və növbəti il məktəbə apara bilər.
Həmçinin 2025-2026-cı tədris ilindən, tədris ilinin başlama tarixinin növbəti günündən 31 dekabra qədər 6 yaşı tamam olan uşaqlar da məktəbə qeydiyyat oluna biləcəklər.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində 1 noyabra qədər 6 yaşı tamam olmuş uşaqlar 1-ci sinfə qeydiyyat oluna bilərdilər.
Mənbə: etaloni.ge