Özəl məktəblərdə şagirdlərin sayı ildən ilə artır. Gürcüstan Milli Statistika Xidmətnin yaydığı məlumata əsasən, 2024-2025-ci tədris ilinin başlanğıcında özəl ümumtəhsil müəssisələrində 70318 şagird qeydə alınıb. Şagirdlərin sayı özəl məktəblərdə son 5 ildə 10 min nəfər artıb.
İllərə gəldikdə isə özəl məktəblərin şagird sayı aşağıdakı kimidir:
2020-2021-ci tədris ili – 59966 şagird;
2021-2022-ci tədris ili – 60063 şagird;
2022-2023-cü tədris ili – 63658 şagird;
2023-2024-cü tədris ili – 66503 şagird;
2024-2025-ci tədris ili – 70318 şagird.
Mənbə: etaloni.ge