Gürcüstanda 2024-2025-ci tədris ilinin başlanğıcında 1713 məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Həmin müəssisələrdə 18347 pedaqoq/tərbiyəçi/tərbiyəçinin köməkçisi/inklüziv təhsil üzrə xüsusi müəllim işlə təmin olunub. Uşaq bağçalarında məktəbəqədər təhsil alan uşaqların ümumi sayı 137474 nəfərdir. Uşaq bağçalarının sayına gəldikdə isə İmereti liderlik edir. İmeretidə 305 uşaq bağçası fəaliyyət göstərir. Müəllim və uşaq sayına görə isə Tbilisi öndədir. Paytaxtda 51461 uşaq və 6375 pedaqoq/tərbiyəçi/tərbiyəçinin köməkçisi/inklüziv təhsil üzrə xüsusi müəllim işlə təmin olunub. Tbilisidə 190 dövlət bağçası fəaliyyət göstərir.
Mənbə: etaloni.ge