Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavinlərinin sayı artırılır. Bununla əlaqədar Baş nazir İrakli Kobaxidze noyabrın 5-də fərman imzalayıb. Fərmanda Təhsil, Elm və Gənclər Nazirliyinin müddəasında dəyişiklik edildiyi bildirilir:
“Təhsil, elm və gənclər nazirinin birinci müavini və 5 müavini var. Onların səlahiyyətləri, Gürcüstan hökumətinin hüquqi aktları ilə başqa bir hal nəzərdə tutulmadığı halda, nazirin sərəncamı ilə müəyyən edilir”.
İndiyə qədər nazirliyin sərəncamında belə qeyd var idi: “Nazirin birinci müavini və 4 müavini var. Onların səlahiyyətləri, Gürcüstan hökumətinin hüquqi aktları ilə başqa bir hal nəzərdə tutulmadığı halda, nazirin sərəncamı ilə müəyyən edilir”.
Təhsil, elm və gənclər nazirinin yeni müavinləri kimlər olacaq və bu günə qədər müavinlər arasında olanlardan kim öz vəzifəsini qoruyub saxlayacaq – bu barədə hələ ki, məlumat verilmir. “Edu.aris.ge” saytının məlumatına görə isə, yeni təhsil elm, və gənclər naziri Aleksandre Tsuladzenin komandasında Nodar Papuaşvili olmayacaq.
Mənbə: edu.aris.ge