2023-cü ilin vahid milli imtahanlarında ən çox abituriyent riyaziyyat və təbiətşünaslıq elmləri – fizika, kimya və biologiya imtahanından kəsilib. Bu barədə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz məlumat yayıb.
Fənlərə görə abituriyentlərin nəticələri aşağıdakı kimidir:
• Fizika imtahanı – ümumilikdə 601 abituriyent imtahanda iştirak edib, onlardan 31 %-i minimal keçid balını aşa bilməyib.
• Kimya imtahanı – ümimilikdə 2540 abituriyent imtahanda iştirak edib, onlardan 19,5 %-i keçidi aşa bilməyib.
• Riyaziyyat imtahanı – ümumilikdə 14927 abituriyent imtahanda iştirak edib, onlardan 15,75 %-i keçidi aşa bilməyib.
• Biologiya imtahanı – ümumilikdə 3439 abituriyent imtahanda iştirak edib, onlardan 14,7 %-i keçidi aşa bilməyib.
• Tarix imtahanı – ümumilikdə 20714 abituriyent imtahanda iştirak edib, onlardan 5,5 %-i keçidi aşa bilməyib.
• Coğrafiya imtahanı – ümumilikdə 1913 abituriyent imtahanda iştirak edib, onlardan 8 %-i keçidi aşa bilməyib.
• İngilis dili imtahanı – ümumilikdə 36793 abituriyent imtahanda iştirak edib, onlardan 4 %-i keçidi aşa bilməyib.
• Gürcü dili və ədəbiyyatı imtahanı – ümumilikdə 39074 abituriyent imtahanda iştirak edib, onlardan 3 %-i keçidi aşa bilməyib.
Mənbə: bm.ge