Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzinin rəhbəri, təhsil sahəsi üzrə ekspert Şalva Tabatadze Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin brifinqinə rəqəmlərlə cavab verib.
Bildirib ki, G.Amilaxvarinin 10 oktyabrda məktəb direktorlarının təqdim edilməsi məsələsi ilə bağlı verdiyi məlumat ictimaiyyəti çaşdırmağa xidmət göstərib və “birnamizədli seçkilər şəraitində qərarı yenə də məktəblər qəbul edirlər” mövqeyi həqiqətə uyğun deyil.
G.Amilaxvarinin sözlərinə görə, nazirlik üçün məktəblərdə direktorların namizədliyinin təqdim edilmə prosesinin siyasiləşdirilməsi qəbuledilməzdir və direktorun seçilməsi qərarını Qəyyumlar Şurası qəbul edəcək. Məktəblərin 71 %-də isə yalnız 1 namizəd qeydiyyatdan keçib. Nazirlik istəsə də bu göstəricini dəyişə bilməzdi.
Şalva Tabatadze konkret rəqəmlər qeyd edib və nazirliyin fəaliyyətində, eləcə də namizədlərin təqdim etmə prosesində olan problemləri bildirib. Vurğulayıb ki, həmin problemlər məktəblərin seçim azadlığını məhdudlaşdırır, nəticədə Təhsil Nazirliyi əlavə 350-yə yaxın məktəbi sertifikatlaşdırılmış direktordan kənar qoyur:
“Nazirin ictimaiyyəti çaşdıran brifinqindən bəzi açıqlamalar, bu zaman o, tənqidçiləri əvvəlcə məsələdə əmin olmağa çağırıb:
1. Məktəb direktorluğuna 1 409 nəfər sertifikatlaşdırılmış namizəd var idi. Onları məktəblərin Qəyyumlar Şurasına təqdim edə bilərdik. Nazirlik Qəyyumlar Şurasına 927 namizəd təqdim edib, yəni 482 sertifikatlaşdırılmış namizəd komissiya tərəfindən bloka salınıb. Həmin komissiya real olaraq Qəyyumlar Şurasının səlahiyyətini mənimsəyib. Çünki bu seçkilərin əsası məhz odur ki, Qəyyumlar Şurası özləri baxış və strateji planlardan irəli gələrək onlara uyğun olan namizədlərin kimliyinə qərar versinlər. Komissiya bu məsələyə müsahibə ilə qərar verə bilməzdi, çünki hər məktəbin kontekstini bilmir və qərar da verməməlidir. Real olaraq bu komissiyanın fəaliyyət məqsədinin nə olduğunu hamımız yaxşı gördük.
2. İlkin seçkilərə əsasən 382 məktəbdə direktorluğa 1-dən artıq namizəd qeydiyyatdan keçmişdir. Onlar arasında 10-dan çox və 16 namizəd olan məktəblər də var idi. 894 məktəbdə yalnız 1 namizəd, 798 məktəbdə isə ümumiyyətlə namizəd yox idi. Müsahibələr nəticəsində 1-dən çox namizədin qeydə alındığı və faktiki olaraq seçim imkanı olan 382 məktəbə nazirlik nadir istisnalarla yalnız 1 namizəd göndərib. Yəni 382 məktəbdə Qəyyumlar Şurasına seçim imkanı verilməyib.
3. Namizədlərin qeydiyyatdan keçməsindən irəli gələrək 1 276 məktəbdə sertifikatlaşdırılmış direktorun olmasına imkan var idi. Bugünkü göstəricilərə görə, yalnız 927 məktəbdə sertifikatlaşdırılmış direktor ola bilər. Yəni nazirlik müsahibə nəticəsində 350-yə yaxın məktəbi, onsuz da ixtisaslı kadrların az olduğu şəraitdə, əlavə olaraq sertifikatlaşdırılmış rəhbərdən kənar qoyub.
4. Qəyyumlar Şurasının yeganə səlahiyyəti təqdim olunan namizəd onların tələblərini qane etmirsə onu direktor olaraq seçməməkdən ibarət olur. Ancaq bu da baş tutmayacaq prosesdir, çünki nazirin Qəyyumlar Şurasının seçmədiyi namizədi öz mülahizəsinə uyğun olaraq təyin etmək səlahiyyəti var. Buna görə də birnamizədli seçkilər şəraitində qərarı məktəblərin qəbul etməsi, əlbəttə, həqiqətə uyğun deyil.
5. Cənab nazir, aydınlaşdırmışıq və buna görə də təhsilə, inkişafa, demokratik və təhsilli Gürcüstana, ölkənin gələcəyinə ürəyimiz yandığı üçün də tənqid edirik.
Mənbə: edu.aris.ge