Elektron bazada uşaq bağçalarının qeydiyyatı başa çatıb və indi islahatın ikinci mərhələsinə başlanılacaq. Bu, uşaq bağçalarının avtorizasiyaya hazırlanmasını nəzərdə tutur.
Məktəbəqədər təhsil müəssisələri öz funksiyalarını nə dərəcədə tam yerinə yetirirlər – bunu Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz müəyyən edəcək. 2030-cu ilə qədər isə bütün bağçalar yenilənmiş tələblərlə avtorizasiyadan keçməlidir.
“Özünüqiymətləndirmə keyfiyyət standartları ilə müəssisənin keyfiyyət uyğunluğunu nəzərdə tutur, ancaq bağçaların miqyası böyükdür, proses isə geniş olduğuna görə bütün məlumatların elektron platformada toplanması mühümdür və onlardan istifadə olunana kimi pilotlaşdırma aparılacaq. Pilotlaşdırma fevral ayında başlayıb və apreldə başa çatacaq. Pilotlaşdırma üçün müxtəlif tipli müəssisələr seçdik ki, platformanı bütün şəraitlər üçün yoxlayışdan keçirək”, - deyə Gürcüstan Təhsil və Elm Nazirliyinin nümayəndəsi Nino Xitarişvili bildirib.
Təhsilin Keyfiyyətinin İdarə Edilməsi üzrə Mərkəzin ekspertlərinin ölkənin bütün uşaq bağçalarını ziyarət edəcəyi də məlumdur. Onlar tövsiyələr verəcəklər və fərdi olaraq avtorizasiya tarixini də müəyyən edəcəklər.
Avtorizasiyadan keçmək üçün bütün bağçalar sanitar-gigiyena normalarına və qida rasionuna riayət etməlidirlər. Strategiyada infrastruktur məsələləri də qeyd olunub: məsələn, uşaq bağçasının binanın yalnız 1-ci və 2-ci mərtəbəsində yerləşdirilməsi mümkündür. Əsas diqqət isə təhsil standartlarına yetiriləcək – uşaq bağçaları yalnız qulluq-nəzarət göstərmə yeri olmamalıdır, həm də təhsil məkanı olmalıdır.
Müəllim və uşaqların sayına da nəzarət olunacaq. Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin rəhbər müavini Kaxaber Eradze bildirib ki, keçid dövrü üçün tənzimləmələr hazırlana bilər, çünki müəyyən məsələlərin həlli üçün vaxt lazımdır: “Ancaq sübutlara əsaslanan qərarlarımız da olacaq – hansı bağçaya hansı hissədə dəstək göstərməliyik. Bütün bağçalarda keyfiyyətin təmin edilməsi üçün daxili sistemin işləyəcəyini 2030-cu ildə deyə biləcəyik”.
İndiki mərhələdə bağçalar yalnız iki istiqamətdə – əmək təhlükəsizliyi və qida keyfiyyəti baxımıdan yoxlanılır. İslahat nəticəsində isə Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz 5 istiqamətdə müfəttişlik həyata keçirəcək.
Avtorizasiya prosesi 2025-ci ildə başlayacaq və 2030-cu ildə başa çatacaq. Avtorizasiyadan keçə bilməyən bütün müəssisələr fəaliyyətini dayandıracaqlar.
Mənbə: etaloni.ge