Gürcüstanın 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı 12 ay ərzində 543 müəllimlə əlaqədar praktiki fəaliyyətin qiymətləndirilməsi həyata keçirilib.
Gürcüstan parlamentinə 2025-ci ilin may ayının sonunda daxil olmuş sənədlərdən aydın olur ki, “Müəllim və direktor peşəsinin tənzimlənməsi” proqramı çərçivəsində hesabat dövründə 1600 müəllimə baş müəllim, 216 müəllimə xüsusi baş müəllim, 240 müəllimə axtaran müəllim, 346 müəllimə aparıcı müəllim, 108 müəllimə isə mentor müəllim statusu verilib.
Qeyd olunub ki, hesabat dövrü ərzində (12 ay) müəllimlərin peşəkar inkişafı və karyera irəliləyişi sxemi çərçivəsində 52159 müəllim bölüşdürülmüşdü.
Onlardan:
• Təcrübəçi/axtaran/statusu olmayan – 4782 (9,2 %);
• Baş müəllim – 37727 (72,3 %);
• Aparıcı müəllim – 8838 (16,9 %);
• Mentor müəllim – 812 (1,6 %).
Eləcə də sxem çərçivəsində ictimai məktəblərə 2315 xüsusi müəllim bölünüb.
Onlardan:
• Təcrübəçi/statusu olmayan – 629 (27,2 %) müəllim;
• Baş müəllim – 1676 (72,4 %);
• Aparıcı müəllim – 10 (0,4 %).
Mənbə: edu.aris.ge