Təhsil, Elm və Gənclər Komitəsi “Ümumtəhsil haqqında” qanunda dəyişiklik edilməsini dəstəkləyib. Dəyişiklik xüsusi təcrübəçi müəllimlərə 2026-cı ilin 1 yanvarına qədər imtahan vermək imkanı verəcək.

 

Qeyd edək ki, indiyə qədər xüsusi təcrübəçi müəllimlərə 2025-ci ilin 1 yanvarına kimi vaxt verilmişdi. Ancaq təhsil nazirinin müavini Tamar Maxaraşvilinin qeyd etdiyinə görə, kadr çatışmazlığı təhlükəsi qarşısında qalmamaq üçün vaxtı daha 1 il uzatmağa ehtiyac yaranıb.

 

Nazir müavininin sözlərinə görə, bugünkü vəziyyətdə təhsil sistemində 530-a yaxın xüsusi təcrübəçi müəllim işləyir. Onlar qanunvericiliklə müəyyən edilmiş müvafiq imtahanı verməyiblər.

 

İmtahanı vermək üçün vaxtın 1 il müddətinə uzadılması isə xüsusilə dağlıq və ucqar kəndlərin ictima məktəblərində kadr çatışmazlığının yaranmaması üçün əhəmiyyət kəsb edir.

 

Mənbə: etaloni.ge