Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin statistik məlumatlarına görə, bu il tarix və riyaziyyat fənlərini daha çox abituriyent seçib. Tələb olunan fənlər arasında biologiya, kimya, vətəndaş təhsili, coğrafiya, fizika, ədəbiyyat, həmçinin təsviri və tətbiqi sənət də var.
Fənlərə görə abituriyentlərin sayı aşağıdakı kimidir:
Tarix fənnini seçdi – 19700-dən çox abituriyent;
Riyaziyyat fənnini seçdi – 15400-dən çox abituriyent;
Biologiya fənnini seçdi – 4500-dən çox abituriyent;
Kimya fənnini seçdi – 2500-dən çox abituriyent;
Vətəndaş təhsili fənnini seçdi – 2500-dən çox abituriyent;
Coğrafiya fənnini seçdi – 2500-dən çox abituriyent;
Ədəbiyyat fənnini seçdi – 1700-dən çox abituriyent;
Fizika fənnini seçdi – 1100-dən çox abituriyent;
Təsviri və tətbiqi sənət fənnini seçdi – 280-dən çox abituriyent.
“Məlumatlar göstərir ki, abituriyentlərin maraqları müxtəlifdir və həm humanitar, həm də dəqiq və təbiət elmləri istiqamətlərini əhatə edir. Tarix və riyaziyyata olan xüsusi tələbat, ötən ildə olduğu kimi, yenə də yüksəkdir.
Abituriyentlərin seçdiyi fənlərin statistikası onların maraqları, peşəkar prioritetləri və ali təhsil proqramlarına olan tələbat barədə mühüm məlumatlar verir”, – deyə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzdən bildiriblər.
Mənbə: edu.aris.ge