Təhsil Koalisiyasının təşəbbüsü ilə keçirilən Milli Müəllim Mükafatı müsabiqəsinin onluğu müəyyən edilib. Onlardan biri 5 oktyabr Beynəlxalq Müəllimlər Günü Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan əlavə, qalibə pul mükafatı olaraq kampaniyanın baş sponsoru olan Qudavadze-Patarkatsişvili Fondu tərəfindən 15 000 lari veriləcək. Ən yaxşı onluğun qalan üzvlərini isə “Liberty Bank” mükafatlandıracaq.

 

Cari ilin ən yaxşı müəllim onluğu isə aşağıdakı kimidir:

 

Kaxa Qaldava – Samtredia 1 saylı ictimai məktəbin tarix müəllimi;

 

Mixeil Labartqava – “Şavnabada” Gimnaziyasının kimya müəllimi;

 

Lali Marqiani – Marneuli bələdiyyəsinin Xocorni kənd ictimai məktəbinin gürcü dili ikindi dil kimi fənni üzrə müəllimi;

 

Nana Mqaloblişvili – Çoxataurinin Müqəddəs Məryəm adına dini məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi;

 

Xatuna Nozadze – Tbilisi Baksvud Beynəlxalq Məktəbin və Davit Saracişvili adına 16 saylı ictimai məktəbin kimya müəllimi;

 

Nuqzar Sadikovi – Tbilisi 55 saylı ictimai məktəbin vətəndaş təhsili müəllimi;

 

Mimoza Qolicaşvili – Qori bələdiyyəsinin Xidistavi kənd məktəbinin və Elmlər Məktəbinin vətəndaş təhsili və vətəndaşlıq fənləri üzrə müəllimi;

 

Roland Şavadze – Xulo bələdiyyəsinin Mekeidzelər kənd ictimai məktəbinin ingilis dili müəllimi;

 

Sopio Dziqraşvili – Kutaisi 33 saylı ictimai məktəbin xüsusi müəllimi;

 

İra Dzirkvadze – Tsalka bələdiyyəsinin Qumbati kənd ictimai məktəbinin gürcü dili və ədəbiyyatı və ingilis dili müəllimi.

 

Xatırladaq ki, Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Gürcüstanın Təhsil və Elm Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir həyata keçirilir. Mükafat müəllimlərin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniya – “The Global Teacher Prize”ın bir hissəsidir.

 

Müsabiqənin baş sponsoru Qudavadze-Patarkatsişvili Fondudur. Qızıl sponsoru isə “Liberty Bank”dır. Dəstəkçilər Gürcüstanın Təhsil və Elm Nazirliyi, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz, İlia Dövlət Universiteti, “EPAM Georgia”, Konsultasiya və Treninq Mərkəzi (ctc), Birinci Kanal/Teleməktəb və “Maverik” Rəqəmsal-Kreativ Agentliyidir.

Mənbə: etaloni.ge