Şagirdlər üçün məktəbi dəyişmək qaydaları qanunla müəyyənləşdirilib. Yalnız şagirdi qəbul edən məktəbin boş yeri olduğu halda şagirdin həmin məktəbə köçürülməsi mümkündür. Müəyyən tarixdə şagirdin bir məktəbdən digər məktəbə köçürülməsi isə qanunla yolverilməzdir.

 

Şagirdin başqa məktəbə köçürülməsi aşağıdakı hallarda qadağandır:

 

a) Sentyabrın 1-dən oktyabrın 1-nə qədər;

 

a1) Təhsilə tədris ilinin başlandığı tarixdən gec başlayan ümumtəhsil müəssisələrinin birinci sinif şagirdlərinə.

 

B qayda təhsilin başlanğıc pilləsində təhsil yaşı dərs ili başlayandan sonra tamam olmuş və tədris ilinin başlanması tarixindən ən azı 1 ay müddətində tədrisə başlamış birinci sinif şagirdlərinə aid deyil.

 

b) Tədris ili başa çatana qədər 30 təqvim günü ərzində.

 

c) 12-ci siniflər üçün 12-ci sinfin 2-ci rübündə.

 

Məktəbi dəyişmək ümumtəhsil müəssisəsinin avtorizasiyanı itirdiyi hallara aid deyil.

 

Obyektiv səbəblər olan halda Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin şagirdi qəbul edəcək ümumtəhsil müəssisəsinin yerləşdiyi ərazi orqanı –  təhsil resurs mərkəzi, muxtar respublika ərazisində isə müvafiq muxtar respublikanın təhsil nazirliyi şagirdin digər məktəbə keçirilməsi haqqında qərar qəbul etməyə səlahiyyətlidir.

 

Ümumtəhsil müəssisəsinin məktəbi dəyişmiş şagirdin qəbul olmasından sonra milli tədris planı ilə tətbiq edilmiş səviyyəyə uyğun olmasını və ayrıca fənndə/fənlərdə şagirdlə fərdi işləmək ehtiyacını müəyyən etmək məqsədilə imtahanla şagirdin bilik və bacarıqlarını yoxlamaq səlahiyyəti var. 

 

Ümumtəhsil müəssisəsi imtahanın nəticələri əsasında şagirdin digər məktəbə köçürülməsindən imtina etmək, yaxud elektron şəkildə şagirdin digər məktəbə köçürülməsini həyata keçirmək proseduruna başlamaq səlahiyyətinə malikdir.

 

Mənbə: etaloni.ge