Qanunvericilik orqanı 2024-cü ilin dövlət büdcəsini dekabr ayında təsdiq etməlidir. Büdcə layihəsinin hazırlanmış versiyası artıq parlamentdədir və deputatlar onun təsdiqlənməsi üçün bu ayda fəal müzakirələrə başlamalıdırlar. Yekun olaraq isə, ölkənin əsas maliyyə sənədi dekabrın sonuna qədər təsdiqlənəcək.
Büdcə layihəsinin hazırlanmış versiyasında təhsil istiqamətində artıq Baş nazir İrakli Qaribaşvili tərəfindən anons edilmiş – müəllimlərin əməkhaqqının artırılması məsələsi də qeyd olunub. Bildirilir ki, həftədə 18 saat dərsi olan müəllimlərin əməkhaqqı 500 lari artırılacaq. Ancaq əməkhaqqının artırılacağı vaxt və ətraflı konsepsiya hələ məlum deyil. Baş nazir isə sentyabrda “müəllimlərin əməkhaqqının artırılması üçün yeni konspesiyanı oktyabrın sonunda təqdim edəcəyik” demişdi.
Dövlət büdcəsi layihəsinin hazırlanmış versiyasında oxuyuruq: “Təhsil və elm istiqamətində maliyyələşdirmə büdcənin ilkin variantına nisbətən 160 milyon lari artırılıb (ümumilikdə 580 milyon lari artır), bunun çərçivəsində nəzərdə tutulub: ictimai məktəb müəllimlərinin əməkhaqqının artırılması – həftədə ən azı 18 saat dərs yükü olan müəllimlərin orta əməkhaqqı 500 lari artırılacaq. Bu məqsədlə ilkin varianta 30 milyon lari ayrılıb”.
Sənəddə nəzərdə tutulub:
• İctimai məktəblərin inzibati heyətinin və mandaturun əməkhaqqının 10 % artırılması;
• İctimai məktəblərin tikinti və bərpası üçün 450 milyon lariyə qədər pul ayrılıb – büdcənin ilkin versiyasına nisbətən maliyyələşdirmə 104 milyon lari artırılıb;
• Uşaq bağçalarının tikinti və bərpasına 225 milyon laridən artıq məbləğ sərf olunacaq;
• Bundan əlavə, bələdiyyələrin artırılmış gəlirləri çərçivəsində uşaq bağçası əməkdaşlarının əməkhaqqının 100 lari artırılması mümkün olacaq.
Maliyyələşdirmə və proqram istiqamətlərinə uyğun olaraq məbləğin miqdarı:
Təhsil və Elm Nazirliyinin maliyyəsi büdcənin ilkin versiyasına nisbətən 160 milyon lari artırılıb və 2500 milyon lari müəyyən edilib. Məbləğlər əsasən qeyd olunan proqramların həyata keçirilməsinə yönləndiriləcək:
Məktəbəqədər və ümumi təhsil – 1575,0 milyon lari (48,1 miyon lari artırılıb), həmin məbləğ çərçivəsində ictimai məktəb müəllimlərinin əməkhaqqının artırılması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, həftədə ən azı 18 saat dərs yükü olan müəllimlərin əməkhaqqı orta hesabla 500 lari artırılacaq.
Həmin proqram çərçivəsində 70 milyon laridən artıq məbləğ ictimai məktəblərin kompüter texnikası və laboratoriyalarla təmin edilməsi üçün nəzərdə tutulub. 61 milyon lariyə yaxın isə birinci sinif və fərqlənən şagirdlərin kompüterlə təmin edilməsi üçün nəzərdə tutulub.
• Peşə təhsili üçün – 113 milyon lari (15 milyon lari artırılıb);
• Ali təhsil üçün – 166,3 milyon lari (3,9 milyon lari artırılıb);
• Elmə və elmi tədqiqatlara dəstək üçün – 78,2 milyon lari;
• İnklüziv təhsil üçün – 56,2 milyon lari;
• İnfrastrukturun inkişafı üçün – 424,2 milyon lari (87 milyon lari artırılıb).
Həmçinin ümumtəhsil müəssisələrinin infrastrukturunun inkişafı üçün – 333 milyon laridən artıq (Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin ayırdığı vəsaitlə yanaşı 469 milyon laridən artıq məbləğ də nəzərdə tutulub);
Peşə təhsili müəssisələri infrastrukturunun inkişafı üçün – 62,4 milyon lari (həmçinin, “I (KFW) proqramının peşə təhsili və işlə təmin etmə sektorunun inkişafı proqramı üçün müasir bacarıqlar – layihə (ADB) çərçivəsində müəyyən edilmiş vəsaitlər);
Ali təhsil və elm müəssisələri infrastrukturunun inkişafı üçün – 15 milyon lari.
İnfrastruktur Nazirliyinin büdcəsində isə yazılıb ki, 800 milyon laridən artıq məbləğ infrastruktura yönləndiriləcək (büdcənin ilkin variantına nisbətən maliyyələşdirmə 104 milyon lari artırılıb).
Mənbə: edu.aris.ge