Noyabrın 1-də Gürcüstan Milli Statistika Xidməti ali təhsil müəssisələri və elmi-tədqiqat müəssisələrinin araşdırmaları, tədqiqat işləri haqqında göstəricilər dərc edib. Araşdırma 2023-cü ili əhatə edir.

 

Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə Gürcüstanda 63 müəssisə elmi araşdırma aparıb. Onlar tərəfindən il ərzində yerinə yetirilmiş işlərin ümumi həcmi 202,9 milyon lari təşkil edib. Bu isə 2022-ci ilin analoji göstəricisindən 18,7 % çoxdur.

 

Elmi-tədqiqat işlərində çalışanların sayı 0,8 faiz artaraq 15215 nəfər təşkil edib ki, onlardan 13114 nəfəri elmi işçidir. Tədqiqatçıların 54,4 %-ni qadınlar, 45,6 %-ni kişilər təşkil edib.

 

2023-cü ilin göstəricilərinə əsasən, tədqiqatçıların 68,8 %-i doktor və ya ona bərabər dərəcəyə, 28,4 %-i magistr və ya ona bərabər dərəcəyə, 2,8 %-i isə bakalavr və ya ona bərabər dərəcəyə sahib olmuş şəxslərdən ibarət olub.

 

Mənbə: edu.aris.ge