Gürcüstan hökuməti 2026-cı ildə dövlət universitetlərinin qəbul elan edəcəyi ixtisas istiqamətlərini universitetlər üzrə açıqlayıb. Siyahı fevralın 12-də hökumət administrasiyasında təhsil naziri tərəfindən təqdim olunub.
“Dövlət universitetlərində kvotalar ali təhsil islahatı konsepsiyası ilə müəyyən edilmiş “Bir şəhər – bir fakültə prinsipi” əsasında, əsasən universitetlərin ənənəvi profili nəzərə alınmaqla bölüşdürüləcək”.
Universitetlərə əsasən qəbul elan ediləcəyi istiqamətlər bu cürdür:
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti – Dəqiq və təbiət elmləri; pedaqogika istisna olmaqla humanitar elmlər; hüquq; iqtisadiyyat və biznesin idarə edilməsi; sosial və siyasi elmlər.
Gürcüstan Texniki Universiteti – Mühəndis-texniki fənlər üzrə qəbul elan ediləcək.
Tbilisi Dövlət Tibb Universiteti – Tibb ixtisasları üzrə qəbul elan ediləcək.
İlia Dövlət Universiteti – Pedaqogika proqramları və ABET akkreditasiyasına malik STEM ixtisasları üzrə qəbul elan ediləcək.
Suxumi Dövlət Universiteti – Aqrar ixtisaslar; gürcü-abxaz dili və ədəbiyyatı; pedaqogika ixtisasları üzrə qəbul elan ediləcək.
İncəsənət universitetləri və İdman Universiteti – Müvafiq ixtisaslar üzrə tələbə qəbul edəcəklər.
Batumi və Kutaisi universitetləri – Çoxfunksiyalı yükünü qoruyub saxlayacaq.
Zuqdidi, Qori, Axaltsixe və Telavi universitetləri – Burada əsas diqqət aqrar ixtisaslara, turizm istiqamətinə və pedaqogikaya yönəldiləcək.
Hazırda aqrar istiqamət müvəqqəti olaraq Gürcüstan Texniki Universitetində qalır və qəbul da Texniki Universitetin adı ilə elan ediləcək. Lakin yaxın vaxtlarda reorganizasiya prosesi başlanacaq və bunun nəticəsində bir neçə ay ərzində aqrar istiqamət Suxumi Dövlət Universitetinin tabeliyinə veriləcək. Buna uyğun olaraq, 2026–2027 tədris ilində aqrar fakültəyə yeni qəbul olunan tələbələr təhsilə Suxumi Dövlət Universitetində başlayacaqlar.
Mənbə: edu.aris.ge