Bu il imtahanlar iyulun 3-də vahid milli imtahanlarla başlayacaq. Abituriyentlər iyulun 3-də gürcü dili və ədəbiyyatı fənnindən imtahan verəcəklər. İmtahanlar 26 iyulda fizika imtahanı ilə başa çatacaq. Tələbələr üçün qrant müsabiqəsi iyulun 5-də keçiriləcək. Magistratura imtahanları 17 və 18 iyulda baş tutacaq.
2024-cü ildə vahid milli imtanalara 47000-dən çox abituriyent qeydiyyatdan keçib. Tələbələr üçün qrant müsabiqəsində 3000-dən çox tələbə iştirak edəcək. Ümumi magistratura imtanalarına isə 10000-dən artıq namizəd qeydiyyatdan keçib.
Vahid milli imtahanların keçiriləcəyi tarix:
Gürcü dili və ədəbiyyat:
3 iyul (birinci və ikinci sessiya);
4 iyul (birinci və ikinci sessiya);
5 iyul (birinci sessiya);
Osetin dili:
3 iyul (birinci sessiya);
Abxaz dili:
4 iyul – (birinci sessiya);
Xarici dillər:
8 iyul (birinci və ikinci sessiya) – ingilis dili;
9 iyul (birinci və ikinci sessiya) – ingilis dili;
10 iyul (birinci sessiya) – ingilis dili;
10 iyul (ikinci sessiya) – rus dili;
10 iyul (ikinci sessiya) – alman dili;
10 iyul (ikinci sessiya) – fransız dili;
Ümumi bacarıqlar (Azərbaycan dilində):
11 iyul (ikinci sessiya);
Ümumi bacarıqlar (erməni dilində):
11 iyul (ikinci sessiya);
Riyaziyyat:
12 iyul (birinci və ikinci sessiya);
Tarix:
15 iyul (birinci və ikinci sessiya);
16 iyul (birinci sessiya);
Kimya:
16 iyul (ikinci sessiya);
Tətbiqi və təsviri incəsənət:
18 iyul (birinci sessiya);
Biologiya:
19 iyul (ikinci sessiya);
Vətəndaş təhsili:
23 iyul (ikinci sessiya);
Coğrafiya:
24 iyul (birinci sessiya);
Ədəbiyyat:
25 iyul (birinci sessiya);
Fizika:
26 iyul (birinci sessiya);
Tələbələr üçün qrant müsabiqəsi:
5 iyul (ikinci sessiya);
Ümumi magistratura imtahanı:
17 iyul (birinci və ikinci sessiya) – mətnin düşünülməsi, analitik yazı;
18 iyul (birinci və ikinci sessiya) – məntiqi təfəkkür, kəmiyyət əsaslandırması.