Gürcüstanda 2023-2024-cü tədris ili sentyabrda başladı və iyun ayında başa çatacaq.

 

İl ərzində bir neçə rəsmi istirahət günü var. Həmin günlərdə dövlət müəssisələri işləmir, əlbəttə, bu qayda təhsil müəssisələrinə də aiddir.

 

Yeni tədris ilində ümumilikdə 9 istirahət günü olacaq, həmin günlər bunlardır:

 

• 23 noyabr – Giorqoba (cümə axşamı);

 

• 1 yanvar – Yeni il (bazar ertəsi);

 

• 2 yanvar – Yeni il (çərşənbə axşamı);

 

• 19 yanvar – Natlisğeba (xaç suyuna çəkmə) (cümə);

 

• 8 mart – Beynəlxalq Qadınlar Günü (cümə);

 

• 9 aprel – 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinin yad edilməsi və dövlət müstəqilliyinin bərpası günü (çərşənbə axşamı);

 

• 3 may – Qırmızı cümə;

 

• 6 may – Pasxadan sonrakı bazar ertəsi və Giorqoba;

 

• 9 may – Faşizm üzərində Qələbə Günü (cümə axşamı).

 

Doğrudur, rəsmi istirahət günləri yalnız bunlardan ibarət deyil, ancaq digərləri şənbə-bazar günlərinə təsadüf etdiyi üçün burada qeyd edilməyib.

 

Mənbə: etaloni.ge