Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz müəllim peşəsinin populyarlaşdırılması, prestijin artırılması, uğurlu pedaqoji təcrübəni müəyyən etmək və ictimaiyyətə ən yaxşı müəllimləri təqdim etmək üçün hər il müsabiqə keçirir.
Bu il də müxtəlif fənlər üzrə 2023-cü ilin ən yaxşı müəllimlərini müəyyən etmək üçün müsabiqələr elan olunub:
• 2023-cü ilin ən yaxşı fizika müəllimi;
• 2023-cü ilin ən yaxşı riyaziyyat müəllimi;
• 2023-cü ilin ən yaxşı kimya müəllimi;
• 2023-cü ilin ən yaxşı biologiya müəllimi;
• 2023-cü ilin ən yaxşı təbiətşünaslıq müəllimi;
• 2023-cü ilin ən yaxşı tarix müəllimi;
• 2023-cü ilin ən yaxşı coğrafiya müəllimi;
• 2023-cü ilin ən yaxşı gürcü dili və ədəbiyyatı müəllimi;
• 2023-cü ilin ən yaxşı gürcü dili ikinci dil kimi fənni üzrə müəllim;
• 2023-cü ilin ən yaxşı ingilis dili müəllimi;
• 2023-cü ilin ən yaxşı fransız dili müəllimi;
• 2023-cü ilin ən yaxşı alman dili müəllimi;
• 2023-cü ilin ən yaxşı rus dili müəllimi;
• 2023-cü ilin ən yaxşı italyan dili müəllimi.
Hər bir müsabiqə çərçivəsində bir qalib seçiləcək.
Müsabiqələrdə Gürcüstanın ictimai və özəl məktəblərinin baş, aparıcı, mentor və ən azı 3 illik müəllimlik təcrübəsi olan müəllimləri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək könüllüdür.
Müsabiqəyə namizəd təqdim edə bilər:
a) Mərkəz tərəfindən nəzərdə tutulmuş formanı dolduran müəllim;
b) Pedaqoji/Qəyyumlar Şurasının qərarı ilə məktəb rəhbərliyi;
c) Yerli bələdiyyə və ya qeyri-hökumət təşkilatı;
ç) Təhsil-resurs mərkəzləri;
d) Peşə ittifaqları.
“b-d” bəndi ilə nəzərdə tutulmuş şəxslər tərəfindən Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzə müəllimin namizədliyi təqdim edildikdən sonra mərkəz müəllimə əlavə nəzərdə tutulmuş formanı doldurması üçün məktubla müraciət edir. Forma mərkəzin veb-səhifəsində qeyd olunmuş link vasitəsi ilə mərkəz tərəfindən təyin edilmiş vaxt ərzində doldurulmalıdır.
Qeydiyyat müddəti: 2023-cü il 18 apreldən – 7 maya qədər.
Qalib olmaq üçün aşağıdakı kriterilər vacibdir:
a) Fənn və onun tədrisi haqqında dərin, əsaslı bilgi. Bu bilgi yazılı (müəllimin peşə qovluğunda olan sənədlərin yoxlanılması) və şifahi (maksimum 3 dəqiqəlik video qeyd) şəkildə təqdim edilmiş “Mənim pedaqoji kredom”la müəyyən olunacaq və “Mənim pedaqoji kredom”un qiymətləndirmə rubrikası ilə qiymətləndiriləcək. Eləcə də müəllim tərəfindən keçirilən dərslərdə iştirak etməklə (dərs “Müəllimin qiymətləndirilməsi üçün standart vasitələrin təsdiqlənməsi haqqında” mərkəz direktoru funksiyalarını müvəqqəti yerinə yetirən şəxsin 2019-cu ilin 12 iyuna olan N124 sərəncamı ilə təsdiqlənmiş, müəllimin qiymətləndirilməsinin standartlaşdırılmış vasitəsinə əsasən qiymətləndirilir) qiymətləndiriləcək.
b) Yaradıcılıq bacarıqlarının nümayiş etdirilməsi. Müəllim tərəfindən yayımlanmış materiallarla (məktublar, metodik və tədris ədəbiyyatı, bloq) müəyyən olunacaq;
c) Şagirdlərin təhsil nəticələrinin dinamikası. Şagirdlərin davranışı, akademik iştirakının yaxşılaşdırılmasını təsvir edən materialla təsdiq olunur;
ç) Təhsilin innovativ və effektiv yanaşmalarından istifadə etmək. Dərsdə iştirak etməklə və başqa dərslərin planları ilə tanışlıqla təsdiq olunur;
d) Ümumbəşəri dəyərlərin öyrənilməsi. Etnik, mədəni, dini fərqli olanlara tolerant münasibətlərlə müəyyən olunur;
e) İctimai tanınma və vətəndaş fəallığı. Müəllimin məktəb və ya ictimai həyatda rolu və iştirakı, onun reputasiyası, icma, yerli əhali, həmkarlar, məktəb rəhbərliyi, geniş ictimaiyyət tərəfindən tanınması ilə müəyyən olunur (məsələn: ictimai işlərdə iştirak etmək, məktəb və icma üçün göstərilmiş xidmət və s.).
ə) Peşə inkişafı və təcrübəni bölüşmək. Müəllimin özünə, eləcə də həmkarlarının peşə inkişafına göstərdiyi qayğı ilə müəyyən olunur (peşə inkişafının müxtəlif fəallıqlarına qoşulmaq; pedaqoji təcrübənin araşdırılması; yeni və gələcək müəllimlərə məsləhət, mentorinq və başqa vasitələrlə dəstək olmaq; peşənin populyarlaşdırılması istiqamətində başqa növ fəaliyyətlər).
Müsabiqə aplikasiyasında bütün qrafaların doldurulması məcburidir. Əks halda iştirakçı müsabiqədən uzaqlaşdırılacaq.
Müsabiqə üçün videoda danışmaq lazımdır (maksimum 3 dəqiqə):
• Pedaqoq olaraq sizin üçün mühüm prinsiplər və dəyərlər haqqında;
• Bu prinsiplər və dəyərlərin sizin pedaqoji təcrübənizdə öz əksini necə tapması barədə (misal gətirin).
Video qeydi bu imeylə göndərmək lazımdır: sauketesomastsavlebeli@gmail.com
Mənbə: etaloni.ge