Vahid milli imtahanlar 3 iyulda gürcü dili və ədəbiyyat fənni üzrə imtahanla başlayacaq, 26 iyulda isə fizika fənni üzrə imtahanla başa çatacaq.
12 iyulda tələbələrin qrant müsabiqəsi keçiriləcək. Magistratura namizədləri isə 27-28 iyulda ümumi magistratura imtahanını verəcəklər.
Xatırladaq ki, 2023-cü ilin vahid milli imtahanları, tələbələrin qrant müsabiqəsi, ümumi magistratura, eləcə də müəllimlərin fənn imtahanı, xüsusi baş müəllim imtahanı üçün ümumilikdə 75 mindən artıq şəxs qeydiyyatdan keçib.
İmtahanlara qeydiyyat olunanların ətraflı statistikası isə bu cürdür:
• Vahid milli imtahanlar üçün rekord göstəricidə – 45 000-dən artıq abituriyent qeydiyyatdan keçib;
• Tələbələrin qrant müsabiqəsində iştirak etmək üçün 3000-dən artıq tələbə öz istəyini bildirib;
• Ümumi magistratura imtahanı üçün 10 000-dən artıq namizəd qeydiyyatdan keçib;
• Müəllimlərin fənn imtahanına 16 000-dən artıq aplikant qeydiyyatdan keçib;
• Xüsusi müəllim imtahanı üçün 2500-ə qədər şəxs qeydiyyatdan keçib.
Fənlərə görə imtahan vaxtları aşağıdakı kimidir:
Gürcü dili və ədəbiyyat:
3 iyul (birinci və ikinci sessiya);
4 iyul (birinci və ikinci sessiya);
5 iyul (birinci sessiya).
Osetin dili:
3 iyul (birinci sessiya).
Riyaziyyat:
7 iyul (birinci və ikinci sessiya).
Xarici dillər:
10 iyul (birinci və ikinci sessiya) – ingilis dili;
11 iyul (birinci və ikinci sessiya) – ingilis dili;
12 iyul (birinci sessiya) – ingilis dili;
12 iyul (ikinci sessiya) – rus dili;
12 iyul (ikinci sessiya) – fransız dili;
12 iyul (ikinci sessiya) – alman dili.
Biologiya:
14 iyul (birinci sessiya).
Tarix:
17 iyul (birinci və ikinci sessiya);
18 iyul (birinci sessiya).
Ümumi qabiliyyət (erməni dilində):
18 iyul (ikinci sessiya).
Ümumi qabiliyyət (Azərbaycan dilində):
18 iyul (ikinci sessiya).
Coğrafiya:
19 iyul (ikinci sessiya).
Kimya:
20 iyul (ikinci sessiya).
Tətbiqi və təsviri incəsənət:
20 iyul (ikinci sessiya).
Vətəndaş təhsili:
21 iyul (ikinci sessiya).
Ədəbiyyat:
25 iyul (birinci sessiya).
Fizika:
26 iyul (birinci sessiya).
Abituriyentlərin nəzərinə: Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz xatırladır ki, təhsil proqramının siyahısında apelyasiya nəticələrinin yayımlanmasının növbəti günü dəyişiklik edə bilərsiniz. Konkret tarix avqust ayında məlum olacaq.
2023-cü ildə bütün Gürcüstan miqyasında ümumilikdə 24 imtahan mərkəzi açılacaq. Mərkəzlər Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurgeti, Rustavi, Telavi və Xuloda fəaliyyət göstərəcək. Bu il ilk dəfə Ambrolauridə də imtahan mərkəzi açılacaq.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz imtahanda iştirak edənlərə bildirir ki, bu il imtahanlarla əlaqədar “COVID” tənzimləmələr qüvvədə deyil. Digər infeksiya xəstəlikləri olan şəxslər kimi, koronavirusa yoluxmuş şəxslər də mərkəzin qaynar xətti – (+995 32) 2 47 33 33 – nömrəsi ilə əlaqə saxlamalı və imtahan başlayana qədər müvafiq tibbi sənəd təqdim etməlidirlər. Sənəd Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə (Ünvan: Tbilisi şəhəri, E.Mindeli küçəsi, N9) təqdim olunmalıdır ki, həmin sessiyada, xüsusi quraşdırılmış imtahan sektorunda imtahan verə bilsinlər.
Mənbə: etaloni.ge