Gürcüstanın yeni təhsil, elm və gənclər naziri Givi Mikanadze parlamentin X və XI çağırış üzvü olub. O, indiyə qədər Parlamentin Təhsil Komitəsinin sədri vəzifəsində çalışıb. Parlamentin rəsbi veb-səhifəsində G.Mikanadzenin təhsili və tutduğu vəzifələr haqqında məlumat mövcuddur.
Məlumata əsasən, G.Mikanadze 1999-cu ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. 2009-cu ildə isə Esseks Universitetində (Birləşmiş Krallıq) hüquq üzrə magistr statusu qazanıb.
İş təcrübəsi:
2023-cü ildən bu günə qədər – Qafqaz Beynəlxalq Unversitetində assosativ professor;
2016-2018-ci illər: İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində dəvət olunmuş professor;
2016-2018-ci illər: Gürcüstan DİN Akademiyasının rektoru;
2015-2016-cı illər: Avropa Şurası, Polis və Həbsxanalar Departamentində layihə meneceri;
2013-2015-ci illər: Avropa Şurasının Tbilisi Ofisində layihənin baş ofiseri;
2013-2017-ci illər: Şərqi Avropa Tədris Universitetində assosativ professor;
2011-2015-ci illər: İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində dəvət olunmuş lektor;
2010-2013-cü illər: Avropa Şurasının Tbilisi Ofisində layihə ofiseri;
2009-2010-cu illər: BMT-nin inkişaf layihəsi: “Yerli özünüidarəyə dəstək”;
2009-2009-cu illər: Tbilisi meriyası, Aqlomerasiya İnkişaf Agentliyində rəhbər müavini;
2005-2008-ci illər: Ədliyyə nazirinin müavini;
2005-2005-ci illər: ATƏT-in “Kutaisi həbsxana heyətinin hazırlanması” layihəsinin direktoru;
2004-2005-ci illər: Avropa Şurasının “Cəzaçəkmə sisteminin islahatı” məlumat və hazırlıq məsələləri üzrə ekspert;
2003-2004-cü illər: “İnsan hüquqlarının təhsil mərkəzi” birliyində icra başçısı;
2001-2002-ci illər: DİN Akademiyasında dəvət olunmuş lektor;
2001-2003-cü illər: “Konstitusiya hüquqlarının müdafiəsi mərkəzi” birliyinin icra başçısı;
2000-2001-ci illər: BMT-nin “Xalq Müdafiəçisi Aparatına dəstək” inkişaf layihəsində hüquqi məsləhətçi və maliyyə meneceri;
2000-2002-ci illər: “Balavari” ictimai məktəbində pedaqoq;
1999-2000-ci illər: Gürcüstan Xalq Müdafiəçisi Aparatı, İnzibati İşlər Departamentində referant-hüquqi məsləhətçi;
1999-1999-cu illər: Gürcüstan Xalq Müdafiəçisi Aparatında dəvət olunmuş mütəxəssis;
1998-1999-cu illər: “İnsan hüquqları üzrə Tbilisi Beynəlxalq Məktəbi” birliyində direktor;
1997-1999-cu illər: Qr.Xancteli adına 1-ci eksperimantal məktəbin müəllimi.
Mənbə: etaloni.ge