İyunun 23-dən attestat almaq üçün ərizələrin qəbuluna başlanılıb.
Attestat almaq üçün aşağıdakı prosedurlardan keçmək tələb olunur:
Attestatı almaq üçün hara mürəciət etmək lazımdır?
• Ədliyyə Evlərinə;
• Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərinə.
Kim attestat almaq üçün ərizə verə bilər?
• Şagirdin özü (əgər şəxsiyyət vəsiqəsi varsa);
• Şagirdin qanuni nümayəndəsi (azyaşlı şagirdin valideyni və ya etibarnaməsi olan şəxs).
Təqdim olunası sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənəd;
• Ad və soyadın dəyişdirilməsini təsdiq edən sənəd (belə hal olarsa);
• Təmsilçinin vəsiqəsi (qanuni nümayəndə üçün).
Attestat hansı müddətə verilir?
• Attestatı pulsuz almaq üçün ərizə verildiyi gündən 10 iş günü müddətində;
• Attestatın tezləşdirilmiş qaydada alınması pulludur.