Gnomon Wise təşkilatı Gürcüstanda təhsildə problemlər, problemlərin təsviri və analizini əhatə edən yazı dərc edib. Yazıda həmçinin problemlərin həlli üçün lazımi dəyişikliklərə, ümumtəhsil sistemi islahatının əsas istiqamətlərinə diqqət yetirilir. Tədqiqatda kvalifikasiyası olmayan müəllimlər sistemin əsas problemlərindən biri kimi göstərilir.
“Təhsilə qoşulmuş insan resursu xüsusi problemdir. Ümumtəhsil müəssisələrində işləyən pedaqoqların sayı 63.7 min təşkil edir. Bu, ümumilikdə işlə təmin olunanların 6,9 %-dir. Müəllimlərin 90,5 %-i isə ictimai məktəbdə işlə təmin olunub. İqtisadi sektorlara görə ən aşağı əməkhaqqı olan sahə təhsil sahəsidir. Bu sahədə 2022-ci ildə orta aylıq əməkhaqqı 747 lari idi. Həmin dövrdə ümumi orta aylıq əməkhaqqı 1040 lari təşkil edirdi. Bir sözlə, gələcək nəslin yetişdirilməsi ən aşağı əməkhaqqı olan peşələrdən biri kimi formalaşıb. Bu, həmin sahədə yüksək ixtisaslı kadrların yer alması yolunda maneə yaradır.
İşlə təmin olunan müəllimlərin ixtisaslı olması məsələsi də böyük problemdir. 2010-cu ildən tətbiq edilmiş ixtisas imtahanlarında iştirak edən müəllimlərin böyük hissəsi öz fənnində minimal ixtisas həddini təmin etmir. Məsələn, birinci il imtahanda iştirak edən müəllimlərin yalnız 11 % minimal keçidi aşıb. Buna baxmayaraq, onlar məktəbdə dərs deməyə davam edirlər. Çünki sektor yeni və ixtisaslı kadrları cəlb edir.
Nəticə olaraq, uşaqlara yalnız aşağı əməkhaqqı olan deyil, həm də aşağı kvalifikasiyalı müəllimlər dərs keçirlər. Bu ağır vəziyyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və tədris üzrə beynəlxalq araşdırması da təsdiq edir. Araşdırmaya əsasən, Gürcüstanda ümumtəhsil sektoru ixtisaslı gənclər üçün daha az cəlbedicidir. Ona görə də Gürcüstanda müəllimin orta yaşı 50,4-dür. Araşdırmada iştirak edən ölkələrdə müəllimin orta yaşı 43,4-dür. Hətta 2013-cü ildən bəri vəziyyət yaxşılaşmayıb”, – Gnomon Wise təşkilatının tədqiqatında deyilir.
Mənbə: bpn.ge